"Bir komandanı sındırıb, digərini dirçəltmək düzgün deyil" - Mirhüseyn Seyidov

"Bir komandanı sındırıb, digərini dirçəltmək düzgün deyil" - Mirhüseyn Seyidov
23:05 5 Noyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi"yə uduzmaqla (1:2), mövsümdə ilk məğlubiyyətini alan "İnter" klubunun futbolçusu Mirhüseyn Seyidov oyundan sonra sualları cavablandırıb.

- Məğlubiyyət "İnter" üçün gözlənilməz oldu. Heyətlərə də baxanda sizin üstün olduğunuz görünürdü...

- Düzdü, bəlkə də komandamız hardasa arxayınlaşdı. Çünki mətbuatda da oxumuşduq, "Neftçi"nin 5 oyunçusu uzaqlaşdırılıb. Bir az gec ayıldıq, ancaq onda da 2 qol buraxmışdıq. Nə qədər çalışsaq da, bərabərlik qolunu vura bilmədik. Biz də nə vaxtsa, məğlub olmalı idik, bu günə qismət oldu.

- Prezidentin istefası və məğlubiyyət: bunların üst-üstə düşməsi təsadüfdü?

- Bu iki hadisənin bir-biri ilə əlaqəsi yoxdu. Rəşad müəllim (klubun əvvəlki prezidenti Rəşad Qasımov - red) uzaqda deyil, komandaya hər zaman dəstək nümayiş etdirir. Komanda stabil oynayır. Hər şey normaldı. Mövsümdəki ilk məğlubiyyət olsa da, burda dayanmaq, sınmaq olmaz. Çalışacağıq ki, qələbələrə davam edək.

- Oyunun qırılma nöqtəsi kimi, yanlış penalti qərarını göstərmək olarmı?

- Bəli. Cavan hakimlərdi, istəmərik ki, belə səhvlər eləsinlər. Kənardan baxırsan, qərəzli görünür. Düzdü, bizim xalımız əlimizdən getdi. Bir komandanı sındırıb, digərini dirçəltmək düzgün deyil. Əsl rəqabət düzgünlükdədi.

- Fərqlənməyimiz üçün matçın əvvəlində də, sonra da imkanlar oldu...

- Doğrudur, qol imkanlarımız var idi. Biz də çalışırdıq ki, ilk qolu biz vuraq. Çünki hesabda önə keçəndən sonra oyunun hakimiyyəti də əlimizdə olur.

- Liderlərdən uzaqlaşırsız...

- Xal olaraq geri düşürük. Ancaq qarşıda oyunlar çoxdu, çalışırıq ki, çox geri qalmayaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486735.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR