Ömrün payız hesabatı

Ömrün payız hesabatı
23:12 5 Noyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Payız səhərinin qəribə ovqatı olur. Hələ ömrün payızı ilə ilin payızı üst-üstə düşəndə duyğular daha kövrək, düşüncələr daha qəmli olur. Dönüb ötən illərə boylanır, tapdıqlarını, itirdiklərini göz önündən keçirirsən, yanından keçdiklərini, yanından ötüb keçənləri xatırlayır, sanki dünya ilə hesab-kitab eləyirsən. Hardan başladın, harda qaldın... İçində hələ də solmamış ümidlərin, həyata keçəcəyinə güman elədiyin arzuların qalırmı...
İş yoldaşın Səməd müəllimin sözü ağlına gəlir: "Biz ömrün pryamoy finişində qaçırıq, daha bundan sonra eniş-yoxuş yoxdur."
Hərdən üzünü pəncərəyə söykəyib həyətdəki ağacların sarı yarpaqlarına tamaşa edəndə daha da kövrək olursan.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, hər gün hansısa qayğı, hansısa əndişə ilə əlbəyaxa olursan, hara əl atsan, bir problem çıxır. Hamısı da canını sıxır. Üst-üstə yığılan problemlərin altından necə çıxacağını düşünürsən. Birini çatdırırsan, birini yox. Gündüz o qədər əzilirsən, o qədər büzüşürsən ki, axşam yatağına uzananda da sənə elə gəlir ki, qırışığın tam açılmır. Çöldən baxanda hamı kimi adi, sadə bir adamsan, başqalarından fərqlənmirsən, amma özün yaxşı bilirsən ki, için çoxdan çürüyüb tökülüb. Bir şair vardı, rəhmətlik deyirdi ki, mən bir termos şüşəsiyəm, sınıb töküldüm içimə. Elə sən də şüşəsi sınmış termos kimisən. Çöldən baxanda qəşəng görünürsən, amma içinə çay tökəndə əlli yerindən fışqırırsan.
Deyəsən öz düşüncələrindən bu dəfə ləzzət aldın. Neynək, səninki də elə bu düşüncələrdir də, o da olmasa, ürəyin partlayardı. Yox, bir söz də var: kompyuterçilərdən öyrənmisən, hərdən özünü formatlamaq. Yəni sil başdan, hər şeyi təzələ. Dünənki əzikliyi, təhqirləri, çəpəki baxışları sil yaddaşından, heç olmasa, yüngülləşirsən. Əslinə qalanda yeni yazılanlar da heç əvvəlkilərdən yaxşı olmur, amma yenə arada bir qədər yüngüllük tapırsan.
***
Ömrün qaç-qov içində keçir. Daha evdəki söz-söhbətlərə qarşı da özündə immunitet tapmısan: Arvaddır də, o danışmasın, kim danışsın?
Səhər əvtobusa minib işə gələndə gözlərini yumursan və istəyirsən ki, hər şeyi unudasan. Yol gedəcəyin bu 15 dəqiqəni hər şeydən asudə, rahat, arxayın yaşayasan, canını sıxan hər hansı məsələni ağlının ucundan belə keçirtməyəsən. Özünü psixoloji olaraq bu rahatlığa hazırlayırsan: heç bir yerin ağrımır, axşam yaxşı yatmısan, ac deyilsən, hələ qəfil bir tanışla rastlaşsan, onun da yol pulunu verməyə imkanın var. Yəni narahatlıq üçün heç bir əsas yoxdur.
***
İşə gələndə də əvvəlcə qəzetləri səhifələyirsən, ən çox da başsağlığı gedən səhifələrə baxırsan: Pahoo, bu niyə öldü?- Evdə bir dərdi yox, "qa" istəsə, gətirirlər; "qu" istəsə, gətirirlər. İstədiyini ala bilir, istədiyi yerə gedə bilir, arvad bir istəyəndə beşini təpəsindən yağdırır. Ürəyinin yağı əriməyib sənin kimi, üzü danlaq görməyib, bəs görəsən nə oldu buna? Sən zığıldaya-zığıldaya canını ora-bura daşıyırsan, amma o öldü. Villaları, cipləri, o boyda idarəsi, televizorda kresloya yayxanıb müsahibə verdiyini göstərirdilər, elə bircə o kreslosu sənin ev-esiyindəki bütün avadanlığından bahadır. Ayıb olmasın, qəzetlər arada bir hansısa məşhur xanım müğənni ilə "sıcaq münasibətlərindən" də yazırdı. Sir-sifətindən toxluq yağırdı, təkəbbür yağırdı. Və sən də özünü onlarla müqayisə edəndə həmişə ağlına bircə fikir gəlirdi ki, adam dərddən ölər, ehtiyacdan ölər, təhqirdən, qorxudan ölər. Sonra da fikirləşirsən ki, illər keçdikcə insanlardan kimi qocalır, kimi də köhnəlir. Köhnəlir, yəni nimdaş olur, üzülür, süzülür, uzu bozarır illərin və arvadın vurduğu ütüdən bozara-bozara parıldayan pencəyin kimi. Səninki qocalmaq olmadı, köhnəlmək oldu; yaşlanmaq olmadı, nimdaşlanmaq oldu...
***
Hərdən də bir söhbəti xatırlayıb həm ürəyində gülürsən, həm də təsəlli tapırsan: Bir kasıbı ilan vurur, camaat da başına yığılıb əlac eləməyə çalışır. Biri deyir ki, bunun dərmanı baldır, ilan vuran yerə sürtsən, zəhəri çürüdəcək. Bir Allah bəndəsi hardansa stəkanın dibində iki qaşıq bal tapıb gətirir. Balı yaraya çəkmək istəyəndə ilan vuran adam uzandığı yerdən başını qaldırıb deyir: "Verin o balı yeyim, sağalmasam, itin oğluyam". Ləzzətli söhbətdir, eləmi? Gül, gülə bildiyin qədər. Neyləsin yazıq, nə zaman bir imkan, fürsət tapıb, bir qaşıq balı boğazına qoya bilib ki? İndi canı ilə əlləşdiyi məqamda əlinə düşmüş bu fürsəti qaçırmaq istəmir.
***
Bizim camaatımız yurd-yuvasından didərgin düşüb çöllərə töküləndə kasıbın biri olan-qalan bircə inəyini satıb çanaq antenna alır və deyir ki, bundan sonra kefə baxacağıq. Qonşusu da olan-qalanını verib bir qoyun alır və kəsib özünə 50 illik yubiley keçirib. Yəni hər kəsin, hər şeyin acığına. Söhbət yubileydən düşmüşkən, deyirəm ələ almağa, dişə vurmağa heç bir şeyi olmayan kasıblara da yubiley keçirəsən. Görəsən o yubileydə nitq söyləyənlər nə deyərlər?- Yəqin deyərlər ki, 50 ildir, kimsəyə zərər verməyib; kimsənin toyuğuna "kiş" deməyib; başaşağı gedib, başaşağı gəlib; kimsənin pisliyini istəməyib; hər kəslə mülayim davranıb... Güya başqa necə olmalıydı ki... Qolunda gücü, cibində pulu oldumu ki, görəsən, yaxşıdır, ya pis? Həmişə qorxa-qorxa, çəkinə-çəkinə keçib gedib insanların arasından.
***
Öldü, amma hələ cavan idi, yeyib-içən vaxtıydı. Dünyanı gəzirdi, Amerikadan vurub, Avropadan çıxırdı. İstəyəndə efirlərə çıxır, yayxandığı kreslosundan camaata ədəb-ərkan öyrədir, insanlıq dərsi verirdi. Qarşısında oturmuş jurnalist də əzilib-büzülərək, nazlana-nazlana suallar verirdi: "Sizin uğurunuzun sirri nədədir?", "Bu qədər xeyirxah işlərinizin qarşılığında xalqdan nə kimi təmənnalarınız var?"... Əslində onun uğurunun nə olduğunu, hansı dağı hansı dağın üstünə qoyduğunu bilən yox idi. Sadəcə bir sistem dağılıb, o birisi qurulanda bu və böyükləri əldən zirək tərpənib ortada sahibsiz qalan neçə-neçə müəssisəni, dükan-bazarı özəlləşdirib eləmişdilər dədə malı. Sonra da ordan alıb burda satırdılar, burdan alıb orda satırdılar. Bütün bu ticarətləri də olmuşdu xalqa xidmət, vətən uğrunda fədakarlıq. Bir yerə beş manatlıq yardım edəndə də ölkədə radio-televiziya qalmırdı, hamısını çağırıb tökürdülər ora ki, çəkib göstərsinlər.
***
Bəzən elə düşünürsən ki, adamın gözü yaxşı görürsə, qulağı yaxşı eşidirsə, qolunda gücü varsa, çağırıb-bağıra, hökm eləyə bilirsə, niyə ölsün axı? Elə bilirsən ki, ölməsi üçün əvvəlcə gərək, gözləri işıqdan qala, qulaqları eşitməyə, qolunda gücü, canında taqəti kəsilə... Batereya kimi bütün enerjisini işlədib qurtara, sonra ölə.
Öldü, həm də qolu güclü, cibi pullu ikən öldü; çağırıb-bağırdığı, hökm etdiyi yaşında öldü; kabinetdən çıxıb maşına yaxınlaşanda qapıların üzünə açıldığı vaxtda öldü; idarədə işçilərin kənara çəkilib yol verdiyi, yaltaqların ətrafında fırlandığı bir zamanda öldü...
***
Şair demişkən, can yükünü dağıyırsan hələ də. Hara qədər? - Bunu bir Allah bilir. Elə burda aplıma bir söhbət gəldi: Bir türk şairi 35 yaşına şeir həsr eləmişdi və demişdi ki, "çatdıq 35 yaşa, ömrün yarısına". Bunu yazmışdı, amma heç 36 yaşı görmədən köçüb getmişdi dünyadan. İndi sən də "ömrün payızı" deyirsən, nə birirsən hələ nə qalıb, nə qədər qalıb... Birdən ağlına gəlir ki, nə yaxşı, insan ölümünü bilmir, bilsə, ömrün mənası qalmaz. Çünki ümidlərin, xəyalların qırılar o yerə qədər.
***
Əlqərəz, bu da bir payız səhərinin ovqatı idi, bir qədər kövrək, bir qədər nisgilli. Paylaşdıq, xətamız oldusa, əfvinizə sığınırıq.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Mingəçevirdə ər arvadını bıçaqladı

23 Avqust 2017 23:34

Bakıda sürücülərin unutduğu yol: tıxaca düşmədən mərkəzə aparan yol - VİDEO

23 Avqust 2017 23:33

İraqın şərqində güclü zəlzələ baş verib.

23 Avqust 2017 23:33

“Qarabağ" uduzur -

23 Avqust 2017 23:32

Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

23 Avqust 2017 23:22

"Darıxanda soyunuram" - FOTOSESSİYA

23 Avqust 2017 23:18

"Qarabağ"da şok itki

23 Avqust 2017 23:17

Ərdoğan Pentaqon rəhbərini qəbul etdi

23 Avqust 2017 23:15

Cərimə meydançasında 4 maşın qarət edilib - Vətəndaşa dəyən ziyanı kim ödəməlidir?

23 Avqust 2017 23:03

Bağdadda vacib görüş -

23 Avqust 2017 22:58

Zabit Səmədov revanş görüşündə Errol Tsimmermanı məğlub edib

23 Avqust 2017 22:42

Livan ordusundan İŞİD-ə ağır zərbə

23 Avqust 2017 22:33

"Kopenhagen" - "Qarabağ" - Heyətlər açıqlandı

23 Avqust 2017 22:19

Qrizman cəzalandırıldı -

23 Avqust 2017 22:14

Fındıq ən böyük ixrac məhsuluna çevrilir

23 Avqust 2017 22:03

"Kopenhagen" - "Qarabağ" -

23 Avqust 2017 22:03

"Qarabağ"ın oyununu bu kanallar göstərəcək

23 Avqust 2017 22:00

"Kopenhagen" -"Qarabağ" oyunu üçün start heyətləri açıqlanıb

23 Avqust 2017 21:57

Yəməndə qətliam -

23 Avqust 2017 21:50

Gürcüstanın müdafiə naziri: "Məhz Azərbaycanın göndərdiyi helikopterlə..."

23 Avqust 2017 21:48

Şəkidə meşə ərazisində yanğın hadisəsi baş verib

23 Avqust 2017 21:37

Britni Spirs ideal bədənini göstərdi - VİDEO

23 Avqust 2017 21:33

Bakıda avtobus sürücüsü evə basqın edib - VİDEO

23 Avqust 2017 21:18

Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərə 39 mln. lari ayrılacaq

23 Avqust 2017 21:17

Avtomobil qiymətinə qoyun satılır -

23 Avqust 2017 21:10

Qəbələdə yeni binalar və istirahət mərkəzləri inşa edilir

23 Avqust 2017 21:08

Nazir: Kənd təsərrüfatı sektorunda çalışanların sayı bu ilin əvvəlinə 1,7 milyon nəfəri ötüb

23 Avqust 2017 20:52

Yaponiyada dəfn mərasimlərini robotlar idarə edəcək - FOTO

23 Avqust 2017 20:48

Nəhəng ilan uşağa hücum etdi -

23 Avqust 2017 20:45

Rus zənginlər xaricdə 1 trln. dollardan çox vəsait gizlədirlər

23 Avqust 2017 20:37

Azərbaycanlı fotoqrafdan yarıçılpaq – FOTOLAR

23 Avqust 2017 20:33

Xaçmazda 54 yaşlı kişini tok vurub öldürdü

23 Avqust 2017 20:29

"Hato" qasırğası Honq-Konqa çatıb

23 Avqust 2017 20:25

Arxeoloqlar 1500 yaşı olan MOZAİKA TAPDILAR

23 Avqust 2017 20:18

Mingəçevirdə 21 yaşlı qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb

23 Avqust 2017 20:17

"Azexport"a 7 ayda 53 ölkədən 264 mln. ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub

23 Avqust 2017 20:12

İrəvanın “Prometey” QORXUSU, sülh üçün YEGANƏ YOL... – GÜNÜN SİYASİ XÜLASƏSİ

23 Avqust 2017 20:03

Terrorçular məhkəmə qarşısına çıxdı -

23 Avqust 2017 20:00

Soçidə Rusiya və Ermənistan prezidentləri arasında görüş keçirilir

23 Avqust 2017 19:52

Norveç Neft Fondu səhmlər investisiyasını daha 10% bəndi artırır

23 Avqust 2017 19:52

Ərəb koalisiyası Yəmənə aviazərbələr endirdi, 35 dinc sakin öldü

23 Avqust 2017 19:48

Mettis:

23 Avqust 2017 19:38

Soçidə Putinlə Sarkisyan görüş keçirir

23 Avqust 2017 19:37

DİM sədri: "Vaxtilə belə diplomlar Moskvada metroda da satılırdı"

23 Avqust 2017 19:27

Nazirlik:

23 Avqust 2017 19:16

Müəllimlərin dərs yükü və əməkhaqqı ilə bağlı prezidentdən SƏRƏNCAM

23 Avqust 2017 19:09

Bu il 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

23 Avqust 2017 19:04

39 yaşı tamam olan Vüsal Məmmədov: “Daha məni düşmən sayanları da incitməməyə çalışacam"

23 Avqust 2017 19:03

Türkmənistan prezidenti Ermənistana rəsmi səfər edəcək

23 Avqust 2017 19:02

“Qəbələ”yə Cənubi Koreyaya yollanır

23 Avqust 2017 18:57