Sərkisyan bunu da etdi...

Sərkisyan bunu da etdi...
23:17 5 Noyabr 2016
233 Dünya
Ölkə mətbuatı
A- A+

İyulun 17-də İrəvan polisinin post-patrul xidmətini ələ keçirən və üç həftədən sonra təslim olan silahlı dəstə üzvlərindən biri Ovanes Arutyunyanın saxlandığı məhbusların müalicə mərkəzində vəziyyəti ağırlaşsa da, onun müalicəsindən imtina olunur.
 
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə banda üzvünün vəkili Ayarpi Sərkisyan Ermənistan mətbuatına bildirib. Vəkilin sözlərinə görə, məlum hadisələr zamanı ayağından güllə yarası almış Arutyunyanın vəziyyəti getdikcə pisləşir. Məhkumlar üçün nəzərdə tutulan xəstəxanada saxlandığı halda, müalicə olunmayan banda üzvü o həddə çatıb ki, "ya ayağımı kəsin, ya da müalicə edin" deyir. Vəkil onu da bildirib ki, bundan əvvəl qoltuqağacı ilə gəzə bilən məhbusun durumu o qədər ağırlaşıb ki, artıq bu imkandan da məhrum olub. A.Sərkisyan deyib ki, müvəkkili təcili əməliyyat  olunmalıdır. Bu barədə əcnəbi həkimlərin də rəy verməsinə baxmayaraq, indiyədək əməliyyat qərarı verilməyib.
 
Özünü "Sasna tsrer" - "Sasun igidləri" adlandıran silahlı dəstə iyulun 17-də Yerevan polisinin post-patrul xidmətinin alayını zəbt edərək Müəssislər Məclisi müxalif təşkilatının lideri, Qarabağ müharibəsinin canilərindən biri Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb etmişdi. O zaman İrəvanda baş verənlər prezident Serj Sərkisyan komandası tərəfindən quraşdırılan oyun kimi dəyərləndirilirdi. Hesab olunurdu ki, hakimiyyət aprel məğlubiyyətindən sonra Qarabağla bağl ı güzəştlərdən qaçmaq və qəzəbli erməni əhalisinin diqqətini yayındırmaq üçün bu ssenarini düzüb-qoşub. Yaralı banda üzvlərini müalicə etməməklə onları intihar həddinə çatdıran Sərkisyan iqtidarı güman ki, ssenariyə uyğun olaraq şahidləri də aradan götürmək istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR