Baba Pünhanın 68 yaşı tamam oldu - "... Pünhan gecələr ağladı"

Baba Pünhanın 68 yaşı tamam oldu - "... Pünhan gecələr ağladı"
23:27 5 Noyabr 2016
354 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün ölkədə çoxlarının satirik kimi tanıdığı şair Baba Pünhanın doğuim günüdür. Yaşasaydı, 68 yaşı olacaqdı.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Baba Pünhan lap gəncliyindən şeir yazsa da, şöhrəti çox gec, sinninin irəliləmiş dövründə yaxalamışdı.

Üstəlik, şairin bu şöhrəti çox qısa oldu. Vaxtsız ölüm onu aramızdan ayırdı.

Baba Pünhanın qələmi ciddi yumora, sərt satiraya malik idi. Amma onun aşağıda oxuyacağınız kimi şeirləri də vardı.

Gecələr ağladı....

Dərdinə hər yan gecələr ağladı,
Tapmadı dərman gecələr ağladı.

Ruzi kəsildi özü pir,can zəif,
Baxmadı canan, gecələr ağladı.

Ac balasın basdı yanan bağrına,
Tutdu gözün qan, gecələr ağladi.

Qış günü buzdandi,soyuqdan canı,
Olmadı yorğan, gecələr ağladı.

Kimsə o biçarəyə borc vermədi,
Öldü acından,gecələr ağladı.

Əl açıb Allahdan ölüm istədi,
Dinmədi Sübhan, gecələr ağladı.

Oğlunu tapşırdı qara torpağa,
Vermədi ehsan, gecələr ağladı.

Axırı əl açdı keçidlərdə o,
Ağladı vicdan, gecələr ağladı.

Qaldı "o kimsə" elə pünhan kimi,
Öldü o, Pünhan gecələr ağladı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR