"Güllüoğlu" mağazaları "Güloğlu" olacaq

"Güllüoğlu" mağazaları "Güloğlu" olacaq
23:27 5 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

"Güllüoğlu paxlavaları" şirkətinin Bakının bir çox bölgələrində yerləşən mağazalarının üzərində yerləşdirilən "Güllüoğlu" sözü yazılan ənənəvi reklam lövhəsinin götürülməsi barədə daha öncə yazmışdıq. Avqust ayından etibarən baş verən bu proses nəticəsində sözügedən mağazalar şəbəkəsi aylardır adsız, lövhəsiz fəaliyət göstərirdi.

Milli.Az musavat.com-a istinadən bildirir ki,mağazanın İnqilab küçəsində yerləşən filialının işçilərinin dediklərinə görə, artıq firmanın adı dəyişdirilib. "Güllüoğlu" firması bundan belə "Güloğlu" adı altında fəaliyyət göstərəcək. Hələlik üzərində "Güloğlu" sözü yazılmış reklam lövhəsi gətirilməyib. Amma yaxın günlərdə bu lövhə gətiriləcək və mağaza yeni adla fəaliyyətini davam etdirəcək. Ümumilikdə isə bu lövhə "Güllüoğlu paxlavaları" şirkətinin sahibləri Faruk Güllüoğlu və Nejat Güllüoğlunun Türkiyədə saxlanılması ilə bağlı mətbuatda məlumatlar yayıldıqdan sonra götürülüb. Mağaza işçiləri şirkətin hazırda kimin rəhbərliyi altında olduğunu bilməsələr də, iş sistemində və siyasətində hər hansı dəyişiklik olmadığını dedilər.

Xatırladaq ki, Türkiyədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində iş adamlarına qarşı da əməliyyat keçirilmişdi. Şübhəli iş adamlarının arasında "Güllüoğlu paxlavaları" şirkətinin sahibləri Faruk Güllüoğlu və Nejat Güllüoğlu kimi isimlərin də olduğu bildirilirdi. Saxlanılan iş adamlarının yaşadıqları ünvanda, işlədikləri məkanda axtarışlar da aparılmışdı.
Güllüoğlularının mağaza-kafelərində daha çox şirniyyatlar satılır. Güllüoğlularının Bakıda ən məşhur və müştərisi çox olan mağazası İstiqlaliyyət küçəsində, yuxarıda qeyd etdiyimiz ünvanda, Bakı Şəhər İcra Hakimiyyəti ilə üzbəüzdə yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486743.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR