Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkmənistan əhalisi sentyabr ayının maaşını gözləyir

Türkmənistan əhalisi sentyabr ayının maaşını gözləyir

Date: 5 November 2016 23:37

Son günlərdə Türkmənistanın "qara bazar"ında dolların qiyməti 7,80 manat civarında dəyişməkdədir. Yerli mətbuat Saparmurat Niyazovun dövründəki vəziyyətlə hazırkı vəziyyəti müqayisə edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Niyazov hakimiyyətinin sonlarında 1 ABŞ dolları bu ölkədə 5 manata bərabər olub. Başqa sözlə, valyuta 1,5 dəfə bahalaşıb.

2006-cı ilin avqustunda qəndin 1 kiloqramı 4 manat idisə, indi 7 manatdır. Hələ o şərtlə ki, birdəfəyə 50 kiloqramlıq kisə ilə alasan. Daha az çəkidə qiymət qalxır.

Mal ətinin qiyməti o vaxt 9 manat idisə, indi 18 manatdır.

Türkmənistanda qiymətlər yalnız 10 il əvvəllə müqayisədə qalxmır. Son bir neçə həftə ərzində yerli istehsal tərəvəz bahalaşıb. Məsələn 0,50 manata satılan kök indi 1.20 manata, 0,60 manata satılan soğan 1 manata, 2-3 manata satılan alma 5 manatadır.

Yerli ekspertlərin fikrincə, bahalaşmanın sürətinin azalmasına səbəb insanlarda pulun olmamasıdır. Çünki avqust ayının maaşı xərclənib qurtarıb, sentyabr-oktyabr aylarının maaşı isə hələ verilməyib.

Milli.Az


Tags:  Türkmənistan əhalisi sentyabr ayının maaşını gözləyir

RƏYLƏR


Top news