Zina etmiş insan necə tövbə etməlidir?

Zina etmiş insan necə tövbə etməlidir?
01:18 6 Noyabr 2016
2616 Maraqlı
Ölkə mətbuatı
A- A+

Zina (ailədən kənar cinsi əlaqə) ən böyük günahlardandır. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və ondan sonrakı dövrlərdə zina etdiyi sübut olunmuş adama ağır cəza verilirdi. Bu günahın axirətdəki cəzası isə qat-qat şiddətlidir.

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zina edənlərin qəbir əzabı haqqında demişdir ki, "onlar təndirə bənzər, üstü dar, altı geniş bir oyuğun içində olacaq. Bu oyu­ğun altında hər dəfə atəş alovlanır, alov hər dəfə günahkarlara yaxınlaşdıqda on­lar yuxarı qalxacaq, hətta, az qalacaq ki, oradan bayıra çıxsınlar, alov sən­gi­dik­də isə geri çəkiləcəklər (bu hal qiyamətə qədər davam edəcək). Kişi və qadınlar orada lüt olacaqlar" (Buxari)

Tövbə etmək və xeyirli işlər görmək

Zikr.az-a istinadən bildirir ki, amma heç bir müsəlman Allahın rəhmətindən ümidini üzməməli və tövbə etməlidir. Abdullah ibn Abbas rəvayət edir ki, müşriklərdən adam öldürmüş və bunu xeyli etmiş, zina etmiş və bunu xeyli etmiş bir qrup adam peyğəmbərin yanına gəlib dedilər: "Sənin söylədiklərin və bizi dəvət etdiklərin gözəldir. Bircə bizə bizim bu işlədiklərimizə görə kəffarənin olub-olmadığını söyləsəydin?". Bu əsnada, "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!" (əl-Furqan, 68-70) və "(Qullarıma mənim bu sözümü) de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əl-Zumər,52) ayələri nazil oldu". (Buxari, 4436, Muslim, 174).

Ona görə də səmimi qəlbdən peşman olaraq tövbə etmək, bağışlanma diləmək və bir daha bunu etməyəcəyinə qəti qərar vermək, həmçinin çoxlu xeyirli əməllər etmək lazımdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq, həmin pisliyi silib aparsın". (Tirmizi, 1987).

Yaxşı əməllərə misal olaraq, çoxlu namaz qılmaq və gecə namazlarını da qılmaq, gecənin son üçdə birində dua etmək, valideynlərə yaxşılıq etmək, çoxlu sədəqə vermək, oruc tutmaq və s. göstərmək olar.

Günahı gizlətmək

Müsəlman həmçinin həm başqalarının, həm də özünün günahlarını gizlətməlidir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir: "Allahın qadağan etdiyi iyrənc şeylərdən uzaq durun. Kim bu qəbildən olan bir (günah) işlərsə, qoy bunu Allahın örtməsi ilə örtsün" (Hədis səhihdir. əl-Beyhəqi).
"Allah bu dünyada hansı qulunun (günahını) örtərsə, qiyamət günü də onun (günahını) örtər". (Muslim, 2590).

Kəbinə gəldikdə isə, bunun şiddətli günah olmasına baxmayaraq, bu halda kəbin pozulmur. Amma ərin zina etmiş qadını boşama haqqı var.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/174902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR