Türkiyəli aktyor Cem Yılmaz və pilates ustası, model Ebru Şallının münasibəti ötən yaya damğa vurmuşdu.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çeşmədə başlayan eşq C.Yılmazın evində davam etmişdi.
Amma daha sonra cütlüyün ayrılması mətbuatda böyük səs-küy doğurmuşdu. Bu dəfə isə Ebru Cem Yılmazın paylaşdığı fotonun altına şərh yazaraq diqqət çəkib. Xatırladaq ki, bundan əvvəl də o, gülüş ustasının mahnı oxuyarkən sosial mediada paylaşdığı videonu bəyənərək gündəmə gəlmişdi.