Ətir vurmaq üçün ən ideal bölgə

Ətir vurmaq üçün ən ideal bölgə
03:06 6 Noyabr 2016
356 Şou
Ölkə mətbuatı
A- A+

Ətrin qalıcılığını artırmaq və qoxunun daha yaxşı yayıla bilməsini təmin etmək üçün bədənin hansı hissəsi ən ideal bölgə hesab olunur?

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, adətən bilək və boyun deyilsə də, göbək dəliyinin ən ideal bölgə olduğu ortaya çıxıb. 

Ətir mütəxəssisləri göbək dəliyinin qoxusu bədənin istiliyi ilə yaymaq üçün mərkəz nöqtə olduğunu iddia edib.

ABŞ-ın ətriyyatçısı Stiven Klasenin sözlərinə görə, göbək dəliyi mərkəzi nəbz nöqtəsidir və ətrin yayılması üçün əhəmiyyətlidir. Ətrin nəbzin güclü olduğu bilək və boyun hissəyə vurulması da eyni səbəbdən qaynaqlanır.

Bu fikri gündəmə gətirənlərdən biri də amerikalı aktrisa Liv Teylor olub. O, “The Gloss” jurnalına verdiyi müsahibəsində barmağına damcılatdığı ətrin bir hissəsini qoltuq altlarına, bir qismini isə göbək dəliyinə sürtdüyünü söyləmişdi.

Digər ingilis ətriyyatçısının fikrincə isə, bilək, boyun və dizlər qoxunu ən gözəl yayan bölgələrdir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR