Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranda qadın özünü yandırdı

Lənkəranda qadın özünü yandırdı

Maştağada 26 yaşlı oğlan özünü yandırdı (03 Mart 2017 12:28)
Bakıda dəhşətli hadisə: qadın özünü yandırdı (25 Fevral 2017 11:49)
DƏHŞƏTLİ İNTİHAR: Şəkər xəstəsi olan qadın özünü yandırdı (25 Fevral 2017 09:48)

Tarix: 6 Noyabr 2016 05:29

Lənkəranda intihar hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Səttərxan küçəsindəki evlərin birində qeydə alınıb. Həmin ünvanda yaşayan 51 yaşlı şəhər sakini  Lalə Davud qızı Rəhimova üzərinə neft tökərək özünü yandırıb. Evdə tək yaşayan qadının meyiti qonşuları tərəfindən aşkarlanıb. Bu barədə dərhal rayonun hüquq mühafizə orqanları məlumatlandırılıb. Hadisə yerinə gələn polis-prokurorluq əməkdaşları qadının özünü yandırmaqla intihar etdiyini müəyyənləşdiriblər. Meyitin yanında aşkarlanmış 2 ədəd yanacaq şüşəsi isə maddi sübut kimi götürülüb. Daha sonra meyit müayinə olunması üçün  Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:  Lənkəranda qadın özünü yandırdı



RƏYLƏR


Top xəbərlər