Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda köhnə əşyalar bazarı - Burda ucuz çox əşya tapmaq olar - VİDEO

Bakıda köhnə əşyalar bazarı - Burda ucuz çox əşya tapmaq olar - VİDEO

Date: 6 November 2016 06:13

Bakıda bazarların birinin qəribə mənzərəsi var. Burda hər şey satılır-köhnə mebel, avtomobil hissələri, nimdaş kostyum, hərbi mundir, video və aidio kasetlər, köhnə təqvimlər və kitablar, hətta keçi başı... Bir sözlə, burda ağlınıza gələcək hər şeyin köhnəsini tapa bilərsiniz.

Köhnə əşyaların satışı ruslardan qalıb. Ruslar adətən öz köhnə paltarlarını gətirib belə yerlərdə satıblar. Sonradan köhnə əşyalar da satılmağa başlanıb.

Paslamış dəmirlərin arasında kompüter qulaqlığından, köhnə radioya qədər hər şey var. Belə qarışıqlıq olmağına baxmayın, hərdən yaxşı pul da qazandıran əşyalar olur.

Çox vaxt köhnə geyimləri kiloqramı 1-2 manata alıb, 8-10 manata satanlar da var.

Paltarlarını zibilliyə atmayıb onlara verənlər də olur. Satıcıların qohumları da köhnəlmiş paltarlarını atmır. Evdə də köhnələn əşya, paltar olanda gətirib burda satdırır.

Köhnə, nostaljı əşyalarla birbaşa ünsiyyət qurmaq istəyirsinizsə, bura baş çəkin.


Tags:  Bakıda köhnə əşyalar bazarı Burda ucuz çox əşya tapmaq olar VİDEO

RƏYLƏR


Top news