Tolstoyun piroqu - FOTO

Tolstoyun piroqu - FOTO
07:05 6 Noyabr 2016
331 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az limonlu piroqun hazırlanma qaydasını təqdim edir

Bu piroqu Rusiyada 200 ildən artıqdır bişirirlər. Özünə də məşhur yazıçı Lev Tolstoyun şərəfinə "Tolstoyun əfsanəvi piroqu" deyirlər. Tolstoy isə onu ailəsinin yaxın dostu, professor Nikolay Ankenin adı ilə bağlayır, "Ankenin piroqu" adlandırırdı. Əslində kimin adınadır, qoy bunu kulinariya tarixçiləri dərd eləsinlər, biz isə bu sadə və ətirli piroqun hazırlanma qaydasına keçək.

Tərkibi:

400 q un

2 limon

300 q kərə yağı

350 q şəkər tozu

5 yumurta

Unu 200 q soyuq kərə yağı ilə döyün, 3 yumurtanın sarısı və şəkər tozu ilə qarışdırın, əlüstü xəmir yoğurub iki yerə bölün. Hər birini formanın içinə döşəyin, 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Kənarları qızılı rəng alanda bişdiyi məlum olacaq. Korjları soyudun.  

Qazançaya şəkər tozu, 2 yumurta, yağın qalanını qoyub su hamamına yerləşdirin, qarışdırın. Bir limonun xırdalanmış sedrasını, iksinin birlikdə şirəsini qatıb qarışdırmağa davam edin. Təxminən 15-20 dəqiqə templə qarışdıraraq krem qatılaşanda götürün. 

Korjun birinin üzərinə krem çəkin. Digər korju isə xırdalayıb üzərinə səpin. Piroqu bir neçə saat (ən yaxşısı bir gecə) soyuq yerdə saxlayın. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/486600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR