Yarımfabrikat məhsullar alarkən bunlara diqqət edin! - VİDEO

Yarımfabrikat məhsullar alarkən bunlara diqqət edin! - VİDEO
07:13 6 Noyabr 2016
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Satışda xeyli yarımfabrikat məhsullar var. O yeməklər ki, rəngarəng qablaşdırılması ilə göz oxşayır. Yemək bişirməyə vaxtı olmayanlar bu qidalara tez-tez üstünlük verirlər. Evdə hazırlanan yeməklər bir həftəyə xarab olduğu halda yarımfabrikatlar mağazalarda aylarla saxlanılır.

Satıcılar belə qidaların uzunmüddət saxlanılmasında problemin olmadığını deyirlər.

İnkar etmək olmaz ki, bu qidaların hər birinin üzərində istehsal və son istifadə tarixi göstərilib. Məsələn, bu ət, cari ilin aprel ayında istehsal olunub, istifadə müddəti isə 1 ildir. Hazır xəmir yeməkləri üçün isə 180 gün- yəni 6 ay müddət təyin edilib.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin sözlərinə görə, istehsalçı şirkətlər qaydaları pozurlar. Məhsulları normativ sənədlər olmadan satışa buraxırlar. Əks halda saxlanılma müddəti artıq göstərilən yarımfabrikat qidaların satışına icazə verilməzdi.

Məsələn, burada qablaşdırmada 1 il göstərilsə də, ətdən hazırlanan qidalara, mənfi 5 dərəcədə olmaq şərti ilə 2-3 gün, mənfi 20 dərəcədə olduğu halda isə cəmi 10 gün saxlama vaxtı verilir.

Düşbərə kimi yarı ət, yarı xəmirdən hazırlanan dondurulmuş yeməklərə isə 5 gün, dərin dondurucuda saxlanıldıqda isə 1 ay müddət verilir. Amma satışdakı xəmir yeməkləri üçün təyin edilən müddət 6 aydır.

Qida mütəxəssisi İmran Abdullayevin sözlərinə görə, belə yarımfabrikatlar keyfiyyətini itirdiyindən tərkibindəki yağlar parçalana bilər. Bu isə zəhərlənmələrə səbəb ola bilər. Alıcılar, istehsal ilinə diqqət etməklə yanaşı, hansı ayda satışa çıxarıldığına da nəzarət etməlidirlər. Bir aydan artıq satışda olan bu qidalardan uzaq durmaq məsləhət görülür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR