Gülnarənin 850 milyon dollarının taleyi

Gülnarənin 850 milyon dollarının taleyi
08:13 6 Noyabr 2016
400 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ məhkəməsi mərhum eks-prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın 850 milyon dolların taleyini məhkəməsiz çözmək üçün Amerika və Özbəkistan vəkillərinə daha 3 ay vaxt verib.

Virtualaz.org xəbər verir ki, Bu vəsait Gülnarə Kərimovaya bağlı ofşor firmalara məxsus olub və korrupsiya şübhəsi üzrə araşdırmalar nəticəsində Qərb banklarında dondurulub. Söhbət “TeliaSonera”nın Özbəkistan bazarına girmək üçün G.Kərimovaya yüz milyonlarla dollar rüşvət verməsi işi üzrə aparılan təhqiqatdan gedir.

Nyu York Federal Məhkəməsi hakimi Endryu Karter Gülnarə Kərimovaya məxsusluğu bildirilən pulların taleyinə qərara vermək üçün aparılan danışıqların vaxtını gələn il yanvarın axırınadək artırıb. ABŞ məhkəməsi Özbəkistan hakimiyyəti ilə aparılan yarımillik danışıqların nəticəsiz bitdiyini müəyyənləşdirib.

Həmin məbləğdən 550 milyon dolları İsveçrə bankında, qalanı Belçika, İrlandiya və Lüksemberq banklarındakı hesablarda həbs edilib.

Bu ilin yanvarında ABŞ ədliyyəsi Gülnarə Kərimovanı rüşvət yolu ilə varlanmaqda suçlayaraq, onun 600 milyon dollardan çox aktivini dondurub. ABŞ Ədliyyə Nazirliyi bu vəsaiti öz sərəncamına keçirməkdən ötrü qanuni prosedurlara başlayıb.Ardınca Özbəkistan hakimiyyəti ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək bildirib ki, ölkə böyük korrupsiyaçı dəstənin qurbanı olduğundan, həmin vəsait ölkəyə qaytarılsın.

Bu ilin mayında Nyu York Məhkəməsi ABŞ və Özbəkistan hakimiyyətlərinə 3 ay vaxt verib ki, danışıqlar apararaq, problemi məhkəmədənkənar həll etsinlər. Gülnarə Kərimovanın hesablarındakı 850 milyon dolların taleyini çözmək üçün məhkəmə iyulda daha 3 ay vaxt verib. Oktyabrın sonunda 2-ci müddət də başa çatıb.

“Azadlıq” radiosunun Vaşinqtondakı eksperti Mayk Ekkelin fikrincə, ABŞ dondurulmuş pulların Özbəkistan hakimiyyətinə qaytarılmasına meyllidir, ancaq bu vəsaiti kimin alacağından, ondan necə istifadə ediləcəyindən, vəsaitin xərclənməsinə nəzarətin kim tərəfindən və necə aparılacağından narahatdır. Ekspert deyir ki, danışıqlar zamanı Özbəkistan hakimiyyəti vəsaitin qanunla onlara məxsus olduğunu bəyan edir və bildirir ki, rəsmi Daşkəndin vəsaitdən istədiyi kimi yararlanmaq hüququ var. ABŞ Dövlət Departamenti Gülnarə Kərimovanın pullarının taleyini çözməyi Ədliyyə Nazirliyinə tapşırsa da, burada, hələ ki, məsələ həllini tapmayıb.

Bu vəsaitlə bağlı ölkələrarası danışıqlarda razılıq əldə olunmasa, ABŞ məhkəməsi pulların müsadirə edilməsinə qərar verə bilər.

Gülnarə Kərimovanın fəaliyyəti ilk dəfə 2012-ci ildə İsveç jurnalistlərini şübhələndirib. Onlar İsveçdəki “TeliaSonera” şirkətinin Özbəkistanda “Ucell” brendiylə fəaliyyət göstərən müəssisəsi ilə bağlı korrupsiya faktlarını üzə çıxarıblar. Bir il sonra ABŞ və bir neçə Avropa ölkəsi Özbəkistanda iri maliyyə fırıldaqlarını araşdırıblar. Telekommunikasiya şirkəti “TeliaSonera”, Rusiyanın “VimpelCom” və “MTC”nin Gülnarə Kərimovanın nəzarət etdiyi ofşor firmalar vasitəsilə şübhəli pül köçürmələri diqqət çəkib.

İndi Gülnarə Kərimovanın nə harada olması, nə də taleyi bilinmir. O, atasının dəfn və yas mərasimində də gözə dəyməyib.Gülnarə Kərimovanın beynəlxalq korrupsiya sövdələşmələri üzə çıxandan bəri ev dustağı olduğu bildirilir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Sabir Hacıyev: “AŞPA-nın Türkiyə əleyhinə qəbul etdiyi qərarı qərəzlidir”

26 Aprel 2017 14:23

Buz şəhər üzərində min oyundan ÇIXDI - MÖHTƏŞƏM VİDEO

26 Aprel 2017 14:18

Qapıçı elə bir qol vurdu ki...

26 Aprel 2017 14:18

Rusiyada terror hazırlayan 2 nəfər saxlanıldı

26 Aprel 2017 14:17

Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb

26 Aprel 2017 14:17

İt toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu

26 Aprel 2017 14:14

Çavuşoğlu: “Türkiyəni cəzalandırmaq istəyirlərsə...” – VİDEO

26 Aprel 2017 14:13

Teymur Rəcəbov: "Şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm"

26 Aprel 2017 14:12

"Qalatasaray" Sneyderlə bağlı qərarını verdi

26 Aprel 2017 14:12

Kişilərdə spermartırıcı təbii vasitələr

26 Aprel 2017 14:09

22 yaşlı kamança ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı - FOTO

26 Aprel 2017 14:05

Rusiyada təyyarə qəzaya uğradı – SON DƏQİQƏ

26 Aprel 2017 14:03

FTX direktoru: “İŞİD və başqa terrorçu qruplaşmalar birləşmək üçün danışıqlar aparır”

26 Aprel 2017 14:02

Onlar müəllim, biz tələbə deyilik - YETƏR ARTIQ

26 Aprel 2017 13:57

Heydər Əliyev Sarayı bir ilkə imza atdı - FOTO

26 Aprel 2017 13:57

Ronaldu və Kroos "Real"ın heyətinə daxil edilmədi

26 Aprel 2017 13:57

Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi

26 Aprel 2017 13:57

Lavrov-Məmmədyarov-Nalbandyan görüşü aprelin 28-də olacaq

26 Aprel 2017 13:54

Avropadan gələn ÖLÜM TƏHLÜKƏSİ - Azərbaycanda vəziyyət NECƏDİR?

26 Aprel 2017 13:53

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı bilindi

26 Aprel 2017 13:52

Qadınları zorlamaq istəyən manyak tutuldu - FOTO

26 Aprel 2017 13:52

Sevdiyi qızı yataqda başqa kişi ilə tutdu və elə bir addım atdı ki... - FOTOLAR

26 Aprel 2017 13:48

"ABŞ bizi bu addımı atmağa vadar edir" - General

26 Aprel 2017 13:47

“İçerde” serialı haqqında SON QƏRAR

26 Aprel 2017 13:43

PA rəsmisi amerikalı siyasətçiyə YERİNİ GÖSTƏRDİ

26 Aprel 2017 13:43

Culiya Roberts "El-Klassiko"da - FOTO

26 Aprel 2017 13:42

Nazir müavini: "Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq"

26 Aprel 2017 13:42

​Jurnalistlər üçün ekoloji jurnalistika mövzusunda təlim

26 Aprel 2017 13:42

Rusiya XİN: Moskvada Qarabağ görüşü olacaq

26 Aprel 2017 13:38

SOCAR: Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan aşağıdır

26 Aprel 2017 13:37

"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"

26 Aprel 2017 13:37

Səlim Müslümov: ““İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub”

26 Aprel 2017 13:37

Azərbaycan-Şimali İrlandiya oyununun yeri dəyişdirildi

26 Aprel 2017 13:34

XİN rəhbərləri Moskvada görüşəcək

26 Aprel 2017 13:33

Yığmamız Avropa Kubokundan kənarda qaldı

26 Aprel 2017 13:32

Səudiyyə naziri: "Azərbaycan neft hasilatını öhdəlikdən daha çox azaldıb"

26 Aprel 2017 13:32

Sərxoş qadına "Facebook"un canlı yayımında təcavüz etdilər - VİDEO

26 Aprel 2017 13:29

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

26 Aprel 2017 13:27

Bombardirlərimiz sonuncular sırasında

26 Aprel 2017 13:27

895 min manat vəsaitin büdcədən yayınmasının qarşısı alındı - DGK

26 Aprel 2017 13:24

Ən dadlı tikə kababı necə bişirmək olar?

26 Aprel 2017 13:24

Rus hərbi kolonları Donetskə hərəkət edir - MÜHARİBƏ SİQNALI

26 Aprel 2017 13:23

Milli dövlətçilik düşüncəsinin işığında

26 Aprel 2017 13:22

Azərbaycan Beynəlxalq Təhlükəsizlik Konfransında təmsil olunur

26 Aprel 2017 13:19

Nalbandyan Elmar Məmmədyarovla GÖRÜŞDƏN QAÇDI

26 Aprel 2017 13:18

Günün matçlarını yayımlayacaq kanallar

26 Aprel 2017 13:17

Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var

26 Aprel 2017 13:17

Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib

26 Aprel 2017 13:17

Ekspert: "AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək"

26 Aprel 2017 13:17

İşsizlik sığortası ilə bağlı qanun layihəsi parlamentə göndərildi

26 Aprel 2017 13:14