"Qarabağ" "Zirə"ni, "Qəbələ" AZAL-ı sınağa çəkir - YENİLƏNİR

"Qarabağ" "Zirə"ni, "Qəbələ" AZAL-ı sınağa çəkir -   YENİLƏNİR
09:17 6 Noyabr 2016
145 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün keçiriləcək iki oyunla Topaz Premyer Liqasında XI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”la “Qəbələ” növbəti oyunlarına çıxacaqlar.


Cümə axşamı “Sent-Etyen”ə uduzan və 1/16 finala yüksəlmək şansını itirən “Qəbələ” üçün bundan sonra bir prioritet olacaq – klub tarixində ilk dəfə milli çempionatın qızıl medallarını qazanmaq. 


Hədəfə gedən yolda  “qırmızı-qaralar”ın bu gün qarşılaşacağı AZAL onlar üçün maneə olmamalıdır. Hər halda, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin sonuncu pillədə qərarlaşan “təyyarəçilər”i yenməsi üçün ciddi güc sərf etməsinə də gərək yoxdur. İlk dövrədə rəqibini 3 cavabsız qolla məğlub edən “Qəbələ” bu görüşdə də aşkar favoritdir.


“Qəbələ”dən fərqli olaraq, “Qarabağ”ın digər cəbhədə də işləri yolundadır. Ağdam klubu son turda səfərdə PAOK-u məğlub etməklə, 1/16 finala yüksəlmək baxımından yaxşı fürsət yaxalayıb. Lakin son 3 mövsümün qalibi olan “köhlən atlar” Premyer Liqada önəmlidir. Lider “Qəbələ”dən 2 xal geri qalan Qurban Qurbanovun komandası bu gün “Zirə” ilə görüşdə xal itirsə, aradakı fərq arta bilər.  Ona görə də, qonaqlar bir anlıq Avropa Liqasını udunub, ilk dövrədə 2 cavabsız qolla məğlub etdikləri “Zirə” ilə duelə köklənməlidirlər.


Topaz Premyer Liqası

XI tur

6 noyabr


14:00 AZAL – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena” 

İlk dövrə: 0:3




16:00 “Zirə” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu 

İlk dövrə: 0:2




Klub

O

Q

H/H

M

T/F

X

1

Qəbələ

10

7

3

0

26:1

24

2

Qarabağ

10

7

1

2

21:5

22

3

İnter

11

5

5

1

17:11

20

4

Zirə

10

4

2

4

10:10

14

5

Kəpəz

11

2

6

3

7:10

12

6

Sumqayıt

11

2

4

5

9:17

10

7

Neftçi

11

3

0

8

9:25

9

8

AZAL

10

0

3

7

4:21

3

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 7.


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquot-quotzirquotni-quotqblquot-azal-snaa-ckir-t53945.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR