İŞİD-in "mühasibi" xəzinədən milyonlarla dollar oğurlayıb qaçdı

İŞİD-in "mühasibi" xəzinədən milyonlarla dollar oğurlayıb qaçdı
09:37 6 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD-in 5 yüksək rütbəli komandiri qruplaşmanın xəzinəsindən milyonlarla dollar oğurlayaraq İraqın Naynava əyalətindən qaçıb.

Milli.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Əs-Sumariyyə" telekanalı məlumat yayıb.

Məlumata görə, oğurlanmış vəsaitlər silahlılara məvaciblərin ödənilməsi üçün nəzərdə tutulmuşdu.

"Qruplaşmanın mühasibi kimi tanınan Əbu Əl Bara Əl-Kahtani və  4 yüksək rütbəli komandir milyonlarla dolları oğurlayaraq qaçıblar", - deyə mənbə bildirib.

Komandanlıq onların tutularaq edam edilməsinə dair göstəriş verib. Məlumata görə, xəzinədən oğurluq edən silahlılar Təl-Əfər şəhərinə, oradan Əl-Baac şəhərinə, daha sonra isə Suriya ərazisinə keçiblər.     

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR