Minik və yük avtomobili toqquşdu: yaralanan var

Minik və yük avtomobili toqquşdu: yaralanan var
09:47 6 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə gecə saatlarında Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbədə qeydə alınıb.

Cəbrayıldan olan 10 saylı qəsəbənin sakini Fariz Rzaqulu oğlu Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. "VAZ-2106"-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486760.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR