Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trampın çıxışı zamanı HƏYƏCAN - Namizədi səhnədən düşürdülər

Trampın çıxışı zamanı HƏYƏCAN - Namizədi səhnədən düşürdülər

Date: 6 November 2016 12:32

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada ştatının Rino şəhərində tərəfdarları qarşısında çıxış edərkən yüksək vəzifəli şəxslərin mühafizəsi üçün cavab verən məxfi xidmətin agentləri tərəfindən tribunadan aparılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Reuters məlumat yayıb.
Hadisənin əks olunduğu videoyazıda görünür ki, iki mühafizəçi çiyinləri ilə Trampı necə əhatəyə alır və onu səhnədən tələsik aparır.
CNN-ın məlumatına görə, məxfi xidmətə zalda silahlı insanın olması barədə xəbər daxil olub və həmin silahlı saxlanılıb.

Tramp özü bir neçə dəqiqə sonra tribunaya qayıdıb və çıxışını "bizi heç vaxt dayandıra bilməyəcəklər" sözləri ilə davam etdirib. 
O, həmçinin məxfi xidmətə, yerli hüquq-mühafizə orqanlarına və tərəfdarlarına "dəstəyin yüksək səviyyəsinə görə" təşəkkür edib.

Milli.Az


Tags:  Trampın çıxışı zamanı HƏYƏCAN Namizədi səhnədən düşürdülər

RƏYLƏR


Top news