Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kamran Ağayev cəzalandırıldı

Kamran Ağayev cəzalandırıldı

Date: 6 November 2016 12:47

Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Boavişta" klubu Portuqaliya çempionatında növbəti oyununu keçirib. 


Qol.az -ın məlumatına görə, X tur qarşılaşmasında rəqib "Riu Avi" komandası olub.


Vila-du-Konde şəhərindəki "Eştadiu du Riu Ave" stadionunda baş tutan qarşılaşmada K.Ağayev yenə start heyətdə olub. Emin Mahmudov isə əvvəlki turlarda olduğu kimi "18-liy"ə salınmayıb.


Oyun “Boavişta”nın 2:1 hesablı qələbəsi ilə yükunlaşıb.


Qeyd edək ki, K.Ağayev 90+3-cü dəqiqədə sarı vərəqə alıb. Bu, onun "Boavişta"da 2-ci xəbərdarlığıdır. 


Qeyd edək ki, hazırda "Boavişta" 10 oyundan 13 xalla 7-ci yerdə gedir.



Fanat.Az



Tags:  Kamran Ağayev cəzalandırıldı

RƏYLƏR


Top news