Suyun qiyməti artırılır - Ermənistanda

Suyun qiyməti artırılır - Ermənistanda
13:52 6 Noyabr 2016
140 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda suyun qiymətində vahid sistem yaradılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu qərarla İrəvanda suyun qiyməti artacaq. Bölgələrdə isə qiymət həm artıb, həm azala bilər. Belə ki, bütün ölkədə su üçün orta tarif həddi müəyyən ediləcək.

"İrəvan-cur" şirkətinin mətbuat katibi Murad Sarkisyanın sözlərinə görə, yeni qiymətlər yanvarın 1-dən qüvvədə olacaq.

Yeni tariflərin məbləğinə gəlincə, Sarkisyan, hələ ki, hesablamalar aparıldığını əlavə edib.

Hazırda Ermənistanda 1 kubmetr su üçün ən aşağı tarif 170 dram (0.59 qəpik), ən yüksək isə 204 dramdır. Qeyd edilir ki, orta tarifin 180 dram olacağı gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR