Mourinyo İbrahimoviçi göndərir

Mourinyo İbrahimoviçi göndərir
14:07 6 Noyabr 2016
151 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə çempionatında gözləntiləri doğrultmayan üstəlik Avroliqada "Fənərbaxça"ya 2:1 hesabı ilə yenilən "Mançester Yunayted"də "əməliyyat"a start verilib. 


Fanat.Az xəbər verir ki, transfer dönəmində milyonlarla para xərcləməsinə və heyətinə İbrahimoviç, Pol Poqba kimi ulduz futbolçuları qatan "qırmızı şeytanlar" buna rəğmən azarkeşlərini sevindirə bilmir. Bu üzdən artıq baş məşqçis Joze Mourinyo radikal addımlar atmağa başlayıb. iddialara görə artıq 8 futbolçu Mourinyonun qara siyahısına düşüb. "The Sun" nəşrinin məlumatına görə portuqaliyalı mütəxəssis Bastian Şvaynştager, Morqan Şneiderlin, Maykl Karrik, Memfis Depay, Eşli Yanq, Matteo Darmian, Fil Conesi komandadan göndərmək qərarına gəlib. Mövsümün sonunda isə Zlatan İbrahimoviç də klubu tərk edəcək. 


Markos Royo, Dali Blind və Kris Smolinqi də yetərsiz hesab edən baş məşqçi qış fasiləsində müdafiə xəttinə əl gəzdirməyi düşünür. İddialara görə Mour komandaya gətirmək istədiyi ilk futbolçulardan biri "Atletiko"dan (Madrid) Dieqo Qodindi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mourinyo-brahimovici-gondrir-t53950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR