Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çağla Şikelin yeni sevgilisi

Çağla Şikelin yeni sevgilisi

Date: 6 November 2016 14:11

2008-ci ildə ailə qurduğu iki övladının atası, müğənni Emre Altuğdan ötən il boşanan model-aparıcı Çağla Şikel yeni eşq yaşayır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, model bir çox məşhur markaların sahibi olan Mehmet Ziylanın oğlu Mahmutla sevgilidir.

İddialara görə, Şikel və Ziylan 2 ay əvvəl aralarında Hakan Akkaya, Bengü və Öykü Serterin də yer aldığı ortaq dostlar vasitəsiylə tanış olub. Sevgililər ötən çərşənbə axşamı otellərin birində baş tutan tədbirdə birlikdə olublar. Çağla podiuma çıxdığı tədbir bitdikdən sonra məkandan Ziylan ilə birlikdə çıxıb.

Onların gecəsi restoranda davam edib. Cütlüyün bir-birini qucaqlayaraq oturması diqqət çəkib.


Tags:  Çağla Şikelin yeni sevgilisi

RƏYLƏR


Top news