"İki "Qızıl top" olmalıdır"

"İki "Qızıl top" olmalıdır"
14:12 6 Noyabr 2016
128 İdman
Ölkə mətbuatı
A- A+

"Sevilla"nın baş məşqçisi Xorxe Sampaoli "Barselona" ilə keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib. Goal.az xəbər verir ki, çilili mütəxəssis bunları deyib:

"İki "Qızıl top" olmalıdır. Biri Messi üçün, digəri qalan futbolçular üçün. Bizi çətin oyun gözlədiyini bilirik. Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynamaq üçün yüksək konsentrasiya lazımdır. "Barselona" və "Real"a qalib gəlməklə özünə inamı möhkəmləndirə bilərik. Amma tam gücümüzü ortaya qoymasaq, buna nail olmaq mümkün deyil. "Sevilla" nəzərə çarpacaq dərəcədə inkişaf edir. "Barselona" artıq topa nəzarəti əsas məqsəd kimi qoymur. Rəqib ağıllı komandadır. Onların məqsədi topu Messi, Suarez və Neymara çatdırmaqdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR