“Neftçi” – “İnter” oyununda biabırçı hakim səhvi - VİDEO

“Neftçi” – “İnter” oyununda biabırçı hakim səhvi - VİDEO
14:23 6 Noyabr 2016
124 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqanın 11-ci turunda “Neftçi” - “İnter” oyununda kobud hakim səhvi qeydə alınıb.

Publika.az xəbər verir ki, matçın baş hakimi Rəvan Həmzəzadə “İnter”in qapısına səhvən penalti təyin edib. Qonaqların futbolçusu Zurab Xizanayşvili Cavid İmamverdiyevin ötürməsininin qarşısını əli ilə alıb. Bu, cərimə meydançasından təxminən 1 metr kənarda olsa da, hakim “İnter”in qapısına penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib. Ümumilikdə isə oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174934.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR