AZAL "Qəbələ"yə qarşı, "Qarabağ" gözləyir - YENİLƏNİR

AZAL "Qəbələ"yə qarşı, "Qarabağ" gözləyir  - YENİLƏNİR
14:37 6 Noyabr 2016
125 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XII tura yekun vurulacaq. 


Fanat.Az saytının məlumatına görə, Çempionatın liderləri və Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ”la “Qəbələ” turun son günündə qüvvələrini sınayacaq.

 

Sonuncular turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini qorumaq üçün AZAL-la səfər matçından itkisiz ayrılmalıdı. Cədvəlin əks qütblərində qərarlaşan komandaların duelində aşkar favorit olan Roman Qriqorçukun yetirmələri Avropa Liqasındakı uğursuzluğu unutdurmaq üçün meydana çıxacaq. 12 matçdı uduzmayan “qırmızı-qaralar” autsayderin 14 oyunluq qələbə həsrətini davam etdirməyə iddialıdı. Tərlan Əhmədovun yetirmələri doğma meydandakı sensasiya xal hesabını artırmaq istəyir.

 

Son 3 mövsümün çempionu “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı “Zirə”nin qonağı olacaq. Ardıcıl 3 qələbə qazanan Qurban Qurbanovun yetirmələri mövqeyini qorumaq, mümkün olarsa, zirvəni ələ keçirmək üçün qalib gəlməlidi. Ağdamlılar fasiləyə o halda zirvədə yollanacaq ki, “Qəbələ” məğlub olsun, “Qarabağ” qələbə qazansın. Paytaxt təmsilçisi isə 4 oyunluq məğlubiyyətsizliyə davam etmək üçün mübarizə aparacaq. Adil Şükürovun yetirmələri qərarlaşdığı 4-cü pilləni əldən verməmək üçün ən azı 1 xal qazanmalıdı.

 

Qeyd edək ki, bu turdan sonra yaranacaq fasilə noyabrın 19-da başa çatacaq.

 

Topaz Premyer Liqası

XI tur

6 noyabr (bazar)

 


AZAL – “Qəbələ” - 0:0

 

I dövrədəki oyun: 0:3

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şaiq Həmidov

“AZAL Arena”

 

AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 15. Brayn Fok, 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 17. Rəşad Abdullayev, 4. Qvanzav Maqomedov, 9. Röyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 12. Mahsun Qənbərli, 18. Ruslan Əmircanov, 36. Renat Aşurov, 11.Ruslan Nəsirli, 21. David Canelidze, 95. Şirməmməd Məmmədov

Baş məşqçi: Tərlan Əhmədov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk

 



16:00. “Zirə” – “Qarabağ”

I dövrədəki oyun: 0:2

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-quotqblquoty-qar-quotqarabaquot-gozlyir-t53951.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR