"MTN-də mənə elə şeylər etdilər ki…" - İrandan narkotik gətirənlərin məhkəməsi

"MTN-də mənə elə şeylər etdilər ki…" - İrandan narkotik gətirənlərin məhkəməsi
14:37 6 Noyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

İrandan Azərbaycana narkotik vasitələr gətirməkdə təqsirləndirən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 1985-ci il təvəllüdlü Yanayev Elnur Həsrət oğlu həm də narkotik vasitələrin satışında və istifadəsində də təqsirləndirilir. 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid və hal şahidi ifadə verib. 

Milli.Az musavat.com xəbər verir ki, təqsirləndirilən Elnur Yanayev özünü yalnız narkotik vasitənin istifadəsində təqsirli bilib. Digər ittihamlarla isə razılaşmadığını deyib.
Məhkəmədə ifadə verən şahid hazırda həbsdə olan Təyyar Abbasov olub. Təyyar Abbasov 2013-cü ilin may ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilmişdi. Onunla birlikdə həbs edilən şəxslər İrandan Azərbaycana 15 kiloqram narkotik vasitə gətirməkdə və satışında təqsirləndirilirdilər. Ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təyyar Abbasov 13 il müddətinə azadlıqdan məhrum edilib.

"Mənə İrandan 10 kiloqram narkotik gəlib"

Məhkəmədə ifadə verən Təyyar Abbasov təqsirləndirilən Elnur Yanayevi tanıdığını deyib. Ona maşın satdığını söyləyən T.Abbasov bildirib ki, Elnur narkotik vasitələrin İrandan gətirilməsində iştirak etməyib.
T.Abbasov ifadəsinə əlavə edib ki, bu işə görə həbs olunan digər şəxslər arasında da günahı olmayanlar olub: "Mən Elnuru tanıyıram. Ona maşın satmışdım. Pulumu ala bilmirdim. Buna görə telefonla bir neçə dəfə danışmışıq. Ancaq ona narkotik satmamışam. Mənə İrandan 10 kiloqram narkotik gəlib. Bu işi də iki nəfər görmüşük. Amma 7-8 nəfəri tutub salıblar içəri ki, bu işi qruplaşma şəklində edibsiniz. Bu qədər haqsızlıq olmaz. Mən etdiyim əməli etiraf edirəm. Ancaq digərlərinin günahı yoxdur".
Hakim şahidin istintaqa fərqli ifadə verdiyini xatırladıb.

"MTN-də mənə elə şeylər etdilər ki..."

Şahid deyib ki, onu istintaqda aldadıblar: "MTN-də sənəd gətirdilər ki, sağlamlıq kağızıdır. İmzalamağımı istədilər. Mən də imzaladım. Sonra dedim ki, verin oxuyum. Dedilər, baxmağın lazım deyil. Həm də MTN-də elə şeylər etdilər ki, məcbur qalıb imzaladım. Olmayan şeylərin hamısını yazıblar". 
Prokuror E.Yanayev və T.Abbasov arasında narkotik satışının olması haqda ittiham aktında yazılanları xatırladıb. Şahid T.Abbasov buna cavabında deyib ki, belə bir niyyəti olsa da, həyata keçirə bilməyib: "Mən Elnurla danışmışdım. Ona özüm dedim ki, məndə mal var. Satmağa adam tapa bilərsən? Elnur da dedi ki, maraqlanıb, xəbər edəcək. Ancaq heç "uspet" edib sata bilmədim. MTN tutdu. Ancaq ittihamda yazıblar ki, külli miqdarda narkotiki Elnura satmışam".   
Hakim: "Bu qədər narkotiki gətiribsinizsə, demək ki, satmaq fikriniz var idi. Bəs Elnura satmırdınızsa, kimə satacaqdınız?"
T.Abbasov: "Bir adam tapıb satacaqdım. Amma Elnura satmamışam. Bir az verdim. Sonra Elnur zəng edib dedi ki, mal "tuxta"dır". Adam tapanda mənə xəbər edəcəkdi, amma əlaqəmiz kəsildi".

Prokuror qeyd edib ki, hər iki şəxs arasında telefon danışıqları var. Onların görüşməsini, narkotik vasitənin alış və satışını həyata keçirmələrini sübut edən faktlar istintaq materiallarında yer alır. Prokuror əlavə edib ki, onların bu məqsədlə görüşməsi də sübuta yetirilib.

"İslanmışın yağışdan nə qorxusu?"

Hakim şahidə xəbərdarlıq edərək yalan danışdığı üçün məsuliyyətə cəlb oluna biləcəyini xatırladıb. 
13 il azadlıqdan məhrum edilən şahid T.Abbasovun cavabı isə belə olub: "İslanmışan yağışdan nə qorxusu? Onsuz da cəzamı almıaşm. Amma yenə də deyirəm ki, mən ona narkotik vasitə satmamışam. Buna imkan olmayıb. MTN-də də nə istəyiblərsə, yazıblar. Bu işi iki nəfər görmüşük". 
Məhkəmədə məlum olub ki, T.Abbasovun satmaq istədiyi narkotiki İrandan Azərbaycana Pərviz Musazadə adlı şəxs gətirib. O da T.Abbasov kimi 13 il azadlıqdan məhrum edilib. 

Təqsirləndirilən Elnur Yanayev məhkəmədə deyib ki, o, T.Abbasovdan narkotik vasitə almayıb: "Mənim Təyyara 2 min manat borcum var idi. Ondan maşın almışdım. Evimdən 200 qram narkotik çıxıb. Amma mən ittihamda yazıldığı kimi bu qədər narkotikin alış-satışında iştirak etməmişəm".
Məhkəmədə hal şahidi kimi Aqşin Qarayev ifadə verib. O, E.Yanayevin evinə baxış zamanı MTN əməkdaşları ilə bilrikdə həmin ünvana getdiyini deyib. Hal şahidi deyib ki, E.Yanayevin evinə baxış zamanı evdən narkotik maddə və elektron tərəzi götürülüb. E.Yanayev həmin şəxsi tanımadığını və mənzilə baxışda iştirak etmədiyini deyib. 

Təqsirləndirilən şəxsin vəkili hal şahidinə sual verərək baxış keçirilən evin ünvanını və mənzilin neçənci mərtəbədə yerləşdiyini soruşub. Hal şahidi bunu xatrılamadığını deyib: "Bina "Həzi Aslanov" metrosunun ətrafında idi. Amma neçənci mərtəbə olduğunu bilmirəm. Lift qaranlıq olduğu üçün neçənci mərtəbəyə qalxdığımızı xatırlamıram".
Təqsirləndirilən şəxs hal şahidinin yalan danışdığını, binalarında liftin olmadığını söyləyib. 
Məhkəmə prosesi növbəti həftə davam etdiriləcək.
Qeyd edək ki, Elnur Yanayev Cinayət Məcəlləsinin 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olma) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aynişan Kapadokyada - FOTO

25 İyul 2017 16:52

"Milan" İstanbul klubunun növbəti təklifini rədd etdi

25 İyul 2017 16:52

Avtomobiliniz isti havada PARTLAYA BİLƏR

25 İyul 2017 16:52

Gözəllik imperiyasının yaradıcısından həyat, qadınlar və kişilər haqqında MÜDRİK FİKİRLƏR

25 İyul 2017 16:48

Avropada qanuni yaşamaq istəyənlərə ŞAD XƏBƏR

25 İyul 2017 16:47

"Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu"

25 İyul 2017 16:47

"Şoka düşdüm..." - Oksana

25 İyul 2017 16:47

"Aeroflot" əməkdaşları etiraz aksiyası keçirir - TƏLƏB əmək haqqı artırılsın

25 İyul 2017 16:47

Tramp Ukraynanı günahlandırdı və baş prokurora göstəriş verdi - FOTO

25 İyul 2017 16:47

Məşhurlarımız istirahətə nə qədər pul xərcləyir? - 20 min

25 İyul 2017 16:44

Plyonkaya görə 14 sürücü cərimələndi

25 İyul 2017 16:42

Ermənistanın hakim partiyasının deputatı: “Danışıqlarda hər şey Azərbaycana bağlıdır”

25 İyul 2017 16:38

Venesuelaya qarşı mümkün sanksiyalar nefti bahalaşdırıb

25 İyul 2017 16:37

Ölən müğənnini ortalığa qoyub selfi çəkdirdilər - FOTO

25 İyul 2017 16:37

FOTO: Dəhşətli görüntülər az öncə gəldi

25 İyul 2017 16:37

Kiçik və orta biznes seqmentində İT xərcləri 680 milyard dollara çatacaq

25 İyul 2017 16:35

Ermənistanda məmur itkin düşüb

25 İyul 2017 16:34

Azərbaycan: O, işdən çıxarıldı, yüksək vəzifə verildi

25 İyul 2017 16:34

Körfəz böhranında yenilik - Terrorçuların siyahısı genişləndi

25 İyul 2017 16:33

2017-2018 mövsümünün əsasnaməsinə dəyişiklik edildi

25 İyul 2017 16:32

Azərbaycanda aqroparkların yaradılmasına 200 milyon manatdan artıq sərmayə qoyulacaq - FOTO

25 İyul 2017 16:27

Ankarada ticarət mərkəzi yanır

25 İyul 2017 16:27

Dünyanın ən bahalı maşın nömrəsi: BU MƏBLƏĞƏ İNANMAQ OLMUR

25 İyul 2017 16:23

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan şirkət planlarını açıqlayıb

25 İyul 2017 16:22

Yaqub Mahmudov: "Rusiya erməni faktorundan imtina etməlidir"

25 İyul 2017 16:22

FED-in iclasından ciddi qərarlar gözlənilmir

25 İyul 2017 16:22

"Öz ölkəmdə heç kim ağzını açmadı, Türkiyədə isə..." - müğənninin xanımı əsəbiləşdi - FOTO

25 İyul 2017 16:22

Azərbaycanda uşağın adı CINDIR qoyuldu

25 İyul 2017 16:20

Qurd ürəyi yeyən qız: 40 nəfəri zorlayaraq öldürən kişi ilə evləndi – ŞOK HADİSƏ

25 İyul 2017 16:18

"Real Madrid" Kilian Mbappe üçün "Monako"ya 180 milyon avro ödəyəcək

25 İyul 2017 16:17

Ərlərini və arvadlarını "dəyişən"lərin FOTOları

25 İyul 2017 16:17

Şəkidə yük maşını 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 16:17

TERROR: İŞİD-in istehsal etdiyi döyüş texnikası

25 İyul 2017 16:17

Şəhriyar del Geraninin atası: “O, Allah adamıdır, amma...” – Lent.az-da YENİ LAYİHƏ

25 İyul 2017 16:14

Hindistanda bina çökdü

25 İyul 2017 16:14

İnsanlar şirniyyat üstündə bir-birlərini əzdilər - VİDEO

25 İyul 2017 16:13

Hamilə aktrisa əri ilə sahildə - FOTOlar

25 İyul 2017 16:12

Bakılı qızın oğlanlara "padxod" etmək üçün

25 İyul 2017 16:10

Sevdiyi qızın anasını öldürən şəxs: "Rəhmətlik mənə "ya məni sev, ya da qızımı öldürəcəm" dedi"

25 İyul 2017 16:05

"Qarabağ" 50-ci ev qolu arzusunda

25 İyul 2017 16:05

Həkimlər xəbərdarlıq etdi: “Küçədəki heyvanlara toxunmayın”

25 İyul 2017 16:03

İslam partiyasının dövlətə xəyanət edən sədr müavini barədə MƏHKƏMƏ QƏRARI

25 İyul 2017 15:58

Natiq Kərimov və İnqilab Əhədovun apellyasiya şikayəti təmin edilməyib

25 İyul 2017 15:57

"Lotu Quli"nin yeznəsi azadlığa buraxıldı

25 İyul 2017 15:57

Növbəti doğuş terroru - İDDİA

25 İyul 2017 15:57

Azərbaycan və Gürcüstan növbəti danışıqlara başlayacaq

25 İyul 2017 15:52

Yük avtomobili 10 ton ot bağlaması ilə birlikdə yandı

25 İyul 2017 15:51

Azərbaycanda yüksək vəzifəli məmur İŞDƏN ÇIXARILDI - FOTO

25 İyul 2017 15:47

Neymarın PSJ-dən tələbləri

25 İyul 2017 15:47

Çıtır toyuq budu yeməyə nə deyirsiniz?

25 İyul 2017 15:44