İraqda 10 iranlı zəvvar öldü

İraqda 10 iranlı zəvvar öldü
15:17 6 Noyabr 2016
146 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Sammara şəhərində baş verən partlayışın qurbanları arasında, 10 iranlı zəvvar olub.

Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu İranın Həcc və Ziyarət Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Cavad Daneşvar deyib.

Qeyd edək ki, İraqda ard-arda iki partlayış baş verib.

İlk partlayış Tikrit şəhərində baş verib. Terrorçu partlayıcı maddə ilə doldurulmuş təcili yardım maşınını partladıb.

Digər partlayış isə, Samarra şəhərində. Terrorçu-intiharçı özünü və maşınını şiə ziyarətgahlarının birinin yaxınlığında partladıb.

İki partlayış nəticəsində 39 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/486810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR