Neft tankerində partlayış - 26 nəfər öldü

Neft tankerində partlayış - 26 nəfər öldü
15:18 6 Noyabr 2016
91 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Qadani şəhərində gəmi zavodundakı neft tankerində partlayış baş verib, ölənlərin sayı 26-ya çatıb, 60-a yaxın işçi yaralanıb. Bundan əvvəl gəmidə 18 nəfərin həlak olduğu bildirilmişdi.

Publika.az-ın məlumatına görə, hadisə ilə əlaqədar polisin yaydığı məlumatda deyilir ki, tankerdə bir-birinin ardınca səkkiz partlayış olub.

Qəza zamanı gəmidə təxminən 100 işçi olub, 30-dan çox adam itkin düşmüş sayılır. Onların arasında gəminin sahibi Abdul Qafur da var.

Hadisə ilə bağlı istintaq aparılır, polis bir neçə nəfəri saxlayıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR