İnsanları geyindirən kitabxana - FOTO

İnsanları geyindirən kitabxana - FOTO
15:28 6 Noyabr 2016
116 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə fəaliyyətə başlamış yeni, maraqlı kitabxana bir çoxlarının diqqətini cəlb edir.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Antalyanın Kəpəz rayonundakı Anadolu Texniki Liseyi nəzdində fəaliyyət göstərən kitabxana həm də yoxsulların ehtiyacını ödəmək üçün yaradılıb.

Belə ki, tələbələrin “Free Butik” adını verdikləri kitabxana “Paylaşmaq gözəldir” layihəsinə başlayıb. Layihəyə əsasən kitabxanaya gələnlər buradakı paltar bölməsinə yerləşdirilmiş geyim əşyalarını pulsuz əldə edə bilərlər. Burda həmçinin ehtiyacı olanlara ayaqqabılar da verilir.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/174939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR