"Buna görə komandadan üzr istəyirəm"

"Buna görə komandadan üzr istəyirəm"
15:42 6 Noyabr 2016
96 İdman
Ölkə mətbuatı
A- A+

"Borussiya Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanq Bundesliqanın 10-cu turunda "Hamburg"a qarşı oyunda 4 qol vurmaqla komandasının 5:2 hesablı qələbəsində əsas pay sahibi olub.

Goal.az xəbər verir ki, qabonlu hücumçu matçdan sonra fikirlərini media nümayəndələri ilə bölüşüb. O, "Sporting"lə oyunda iştirak adının ərizəsinə daxil edilməməsinə də toxunub. Qeyd edək ki, Obameyanq rəhbərlikdən icazəsiz Milana getdiyinə görə 1 oyunluq cəzalandırılmışdı.

"Özümü inanılmaz dərəcədə yaxşı hiss edirəm. Mənim üçün xüsusi bir gün idi. "Borussiya" Bundesliqada ardıcıl xallar itirəndən sonra bu qələbənin əhəmiyyəti böyük idi. Komanda son nəticələrə lazımi reaksiyanı göstərdi. "Sporting"lə oyundan əvvəl səhv etmişdim. Buna görə komandadan üzr istəyirəm. İlk dəfə bir oyunda 4 qol vurdum. Buna görə final fitindən sonra topu özümə götürdüm" - Obameyanq deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR