Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi

Azərbaycanlı futbolçu Portuqaliyada huşunu itirdi
16:24 6 Noyabr 2016
97 Digər
Ölkə mətbuatı
A- A+

Portuqaliya Sequndasında XIV turun oyunları çərçivəsində milli komandamızın üzvü Budaq Nəsirovun formasını geyindiyi "Sporting" B doğma azarkeşləri önündə "Santa Clara"nı qəbul edib. Qarşılaşma Lissabon təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Lent.az goal.az-a istinadən xəbər verir ki, görüşə start heyətdə başlayan Budaq Nəsirov matçın 58-ci dəqiqəsində məcburi əvəzlənib. Top uğrunda mübarizə zamanı rəqib futbolçu ilə toqquşan Nəsirov huşunu itirib.

 

Futbolçumuz dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti yaxşıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR