Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalq artisti müğənniləri tənqid etdi: "Utansınlar"

Xalq artisti müğənniləri tənqid etdi:  "Utansınlar"

Röya Ağdamda, Aygün Bakıda... (17 Mart 2017 14:12)
Leyla Əliyeva xalq artistini təbrik etdi - FOTO (13 Mart 2017 11:43)
Leyla Əliyeva xalq artistini təbrik etdi (12 Mart 2017 23:54)

Tarix: 6 Noyabr 2016 16:26

Xalq artisti Ağadadaş Ağayev gənc müğənniləri qınayıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında ifaçıların oxumaqda bir-birini təkrarladığını deyib: 

"Əvvəl səsin kimliyi var idi. Radioda oxuyan olanda tanıyırdın ki, kimdir. İndi oxuyanların səsindən kimliyini ayırd etmək olmur. Mən səhnəyə gələndə sensasiya yarandı. İndi də onu görmək istəyirəm. Bir-birini təkrar edən boğazlarda, dalbadal ritmlərdə mahnı oxuyurlar. Bu ritm düşmənlərə aiddir. Azərbaycan musiqisinin öz tələbləri var. Deyə bilmərəm ki, Azərbaycan musiqisində bizdən sonra ulduz var".

A.Ağayev evini, maşınını, geyimini reklam edən ifaçıları tənqid edib:

"Ayıbdır, dünyada milyarder insanlar var, bunu reklam etmirlər. O adamlara yazığım gəlir, özümü onlar arasında görmürəm. Həmin adamlara da deyirəm ki, utansınlar, belə bir şey etməsinlər".


Teqlər:  Xalq artisti müğənniləri tənqid etdi Utansınlar



RƏYLƏR


Top xəbərlər