Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Utansınlar" - Xalq artisti

"Utansınlar" - Xalq artisti

Date: 6 November 2016 16:37

Xalq artisti Ağadadaş Ağayev gənc müğənniləri qınayıb. 

Axşam.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında ifaçıların oxumaqda bir-birini təkrarladığını deyib: 

"Əvvəl səsin kimliyi var idi. Radioda oxuyan olanda tanıyırdın ki, kimdir. İndi oxuyanların səsindən kimliyini ayırd etmək olmur. Mən səhnəyə gələndə sensasiya yarandı. İndi də onu görmək istəyirəm. Bir-birini təkrar edən boğazlarda, dalbadal ritmlərdə mahnı oxuyurlar. Bu ritm düşmənlərə aiddir. Azərbaycan musiqisinin öz tələbləri var. Deyə bilmərəm ki, Azərbaycan musiqisində bizdən sonra ulduz var".

A.Ağayev evini, maşınını, geyimini reklam edən ifaçıları tənqid edib: 

"Ayıbdır, dünyada milyarder insanlar var, bunu reklam etmirlər. O adamlara yazığım gəlir, özümü onlar arasında görmürəm. Həmin adamlara da deyirəm ki, utansınlar, belə bir şey etməsinlər".

Milli.Az


Tags:  Utansınlar Xalq artisti

RƏYLƏR


Top news