Azərbaycan-Rusiya sərhədində ÖLÜM

Azərbaycan-Rusiya sərhədində ÖLÜM
16:42 6 Noyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Quba-Rusiya federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlı kişini maşın vurub. Hələlik ölən şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisəni törədən sürücü də hadisə yerindən qaçıb. İlkin ehtimala görə, piyadanı yük maşını vurub.

Daha bir hadisə isə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/486825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR