"Rәqibin cәzalandırılmasına nail olmalıyıq"

"Rәqibin cәzalandırılmasına nail olmalıyıq"
16:57 6 Noyabr 2016
85 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatının 11-ci turu çərçivəsində keçirilən AZAL - "Qəbələ" matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.

- Hesabdan başqa nədən narazı qaldınız?

- Yaxşı nəticə əldə etmək üçün qol lazım idi. Ələ düşən şanslarımızı isə reallaşdıra bilmədik.

- Rəqib baş məşqçi ilə aranızda nə baş verdi?

- Onunla bağlı heç nə olmadı. Etirazım rəqibin futbolçusunun Filip Ozobiçi vurmasına idi. Gözü qarşısında baş versə də, 4-cü hakim bunu gördüyü halda reaksiya vermədi. Halbuki qırmızı vərəqə vermək lazım idi. Bu məsələnin üzərinə düşüb rəqibin cəzalandırılmasına nail olmalıyıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR