Bəşər Əsəd niyyətini açıqladı

Bəşər Əsəd niyyətini açıqladı
17:34 6 Noyabr 2016
102 Digər
Ölkə mətbuatı
A- A+

Suriya prezidenti Bəşər Əsəd ölkəsində hərbi əməliyyatlar getdiyi zaman prezident postunda qalmasını öz borcu sayır və prezident postundan getmək niyyətində deyil.

 

APA-nın məlumatına görə, B. Əsəd “Sunday Times”  qəzetinə müsahibəsində deyib ki, prezident postundan getmək və həyatdan zövq almaq onun üçün daha asandır.

 

Suriya prezidenti bildirib ki, böhran ona üstünlük qazandırmır, yalnız məsuliyyətini artırır: “Hazırda situasiya normalardan kənara çıxıb, müharibədir. Ali Baş Komandan kimi mən orduya rəhbərlik etməli, ölkəmi müdafiə etməliyəm. İndi getmək zamanı deyil”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR