6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
17:35 6 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

6 noyabr - Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür. 90 il əvvəl məhz tarixin bu günü  Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilmə imkanı yaradılmışdı. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Bu il isə bu təqvim daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya və radio yayımına keçidlə əlamətdardır. Məlum olduğu kimi, cari ilin noyabr ayının 1-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq yayım dayandırılıb və tam olaraq rəqəmli televiziya və radio yayımına keçilib. Dekabr ayının 1-dən isə Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın digər əraziləri də rəqəmli yayıma keçəcək. Məlumat üçün bildirək ki,  Naxçıvanda tam olaraq rəqəmli teleradio yayımına 2014-cü ilin dekabr ayından etibarən start verilib. 

 

 

Radio-televiziya yayımları sahəsində yeni rəqəmli texnologiyaların tətbiqi analoq standartının daha müasir rəqəmli standartla əvəz edilməsi zərurətini meydana çıxarıb. Digər ölkələrdə olduğu kimi, respublikamızın ərazisində də rəqəmli televiziya yayımının tətbiqi istiqamətində  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırda müvafiq tədbirlər görülməkdədir.

 
 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T Avropa standartının tətbiqi məqsədəuyğun hesab edilib və Nazirlər Kabinetinin 2011-ci ildə növbəti qərarı ilə "Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı" təsdiq olunub. Təbii ki, yeni yayım sisteminə keçid üzrə ən əsas qərar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı" oldu. 

 

 

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır. 

 

Azərbaycanda rəqəmli televiziya yayımına keçidlə əlaqədar ilk dəfə 2004-cü ildə Bakıda Yeni Teleqüllədə test işlərinə başlanılıb. Respublikada rəqəmli TV yayımı üçün DVB-T MPEG-4 standartı qəbul olunub. Respublikanın bütün şəhər və rayon mərkəzləri və ətraf yaşayış məntəqələri açıq paketli rəqəmli televiziya yayımı ilə təmin edilib.

 

 

Şübhəsiz ki, Azərbaycanda televiziya və radioyayımı üzrə yeni standartların tətbiqi üçün davamlı olaraq, kompleks tədbirlər həyata keçirilib. 

İlk olaraq, 1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün 
yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanıb.  


Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlığı ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib. 

 
 

Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.

 

Orta dalğalarda "Azərbaycan" radiosu və müxtəlif dillərdə yayımlanan "Xaricə yayım" radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir. 

 

Ümumrespublika radio və televiziya proqramları yerüstü yayımla yanaşı, peyklərdən də (məsələn, "Azerspace" peyki) yayımlanır. 

 

 

 

 

 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda 2 qardaş qohumları tərəfindən döyülüb

21 İyul 2017 04:57

Suriya parlamentinin sədri istefa verdi

21 İyul 2017 04:54

Əri ilə tutduğu qadının cinsiyyət orqanına acı bibər sürtdü

21 İyul 2017 04:28

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istədi, amma...

21 İyul 2017 04:03

Bərdədə ruhi xəstə itkin düşüb

21 İyul 2017 03:52

"Qəbələ" AL-in 3-cü mərhələsinə belə adladı - VİDEO

21 İyul 2017 03:47

Acun Ilıcalı təsdiqlədi:

21 İyul 2017 03:45

Kamran Ağayev Çexiya klubuna transfer olunub

21 İyul 2017 03:37

“Qalatasaray” Avropa Liqasında mübarizəni dayandırdı

21 İyul 2017 03:33

Cavid Hüseynov: "Artıq hər bir komanda ilə oynamağa hazırıq"

21 İyul 2017 03:32

Əsl peyzaj ustası - FOTO

21 İyul 2017 03:32

Türkiyədə zəlzələ olub

21 İyul 2017 03:24

Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb

21 İyul 2017 03:22

Kamran Ağayev rəsmən Avropa klubunda - SON ANDA

21 İyul 2017 03:17

Türkiyədə GÜCLÜ ZƏLZƏLƏ

21 İyul 2017 03:13

"İnter"in baş məşqçisi: "Cəfəng qollar buraxdıq"

21 İyul 2017 03:12

"Astra"nın kapitanı: "Bilirdik ki, bizi Bakıda çox çətin oyun gözləyir"

21 İyul 2017 03:12

Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi

21 İyul 2017 02:49

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05