Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ Silahı Qüvvələrinin rəisi Türkiyədə

ABŞ Silahı Qüvvələrinin rəisi Türkiyədə

Date: 6 November 2016 18:28

Bu gün ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford Türkiyəyə rəsmi səfərə gəlib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, J. Dunford türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.

Qeyd edək ki, J. Dunfordun səfərinin Suriyada İŞİD-in əsas mərkəzi sayılan Rakka şəhərinə Suriya Demokratik Güclərinin (SDG) hücuma başladığı günə təsadüf etməsi diqqət çəkir. Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Rakkanın İŞİD-dən azad edilməsi əməliyyatına əsasını PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG təşkil edən SDG qatılarsa, Rakka əməliyyatında iştirak etməyəcək. ABŞ isə Suriyada müxalif Azad Suriya Ordusu ilə “Fərat qalxanı” əməliyyatı həyata keçirən Türkiyənin YPG-yə zərbə endirməməsinə çalışır.


Tags:  ABŞ Silahı Qüvvələrinin rəisi Türkiyədə

RƏYLƏR


Top news