İspaniyanın axtardığı məşhur separatçı Fransada tapıldı

İspaniyanın axtardığı məşhur separatçı Fransada tapıldı
18:53 6 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Baskların sol radikal millətçi ETA təşkilatının rəhbəri Mikel İrsatorza Fransada həbs edilib.

Publika.az İnterfaksa istinadən xəbər verir ki, bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, o, ispan və fransız xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat zamanı ölkənin cənub-qərbində həbs edilib.

Qeyd edək ki, ETA İspaniyanın şimalı və Fransanın cənub-qərbinin azadlığı uğrunda mübarizə aparırdı. Təşkilat üzvləri 2011-ci ildə silahlı mübarizəni dayandırıblar. Ötən ay isə Parisdə ETA-nın iri silah anbarı aşkarlanıb.

İrastorza ETA-ya təşkilat rəhbərlərinin 2015-ci ildəki həbsindən sonra rəhbərlik edirdi.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR