Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Buffondan möhtəşəm göstərici

Buffondan möhtəşəm göstərici

Date: 6 November 2016 19:27

İtaliya A seriyasının XII turu çərçivəsində baş tutan "Kyevo" - "Yuventus" oyunu Canluici Buffon üçün əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu görüş əfsanəvi qapıçı üçün A seriyasında 600-cü matç olub.
 
Bununla da o, A seriyasında ən çox oyun keçirən qapıçı olub.
 
Ümumilikdə isə İtaliya birinciliyində ən çox oyun keçirən futbolçu Paolo Maldinidir - 647 matç. 615 görüşdə meydana çıxan Xavier Zanetti ikinci, 607 qarşılaşma oynamış Totti isə üçüncüdür.
 
Qeyd edək ki, Buffon A seriyasında 1995-ci ildə debüt edib. O, həmin ilin 19 noyabrında "Parma"nın heyətində "Milan"a qarşı oynamışdı.

Milli.Az


Tags:  Buffondan möhtəşəm göstərici

RƏYLƏR


Top news