Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

Date: 6 November 2016 19:33

Bakı-Quba yolunun Şabran ərazisində baş vermiş yol qəzası zamanı ölmüş şəxsin kimliyi məlum olub.

"Report" xəbər verir ki, bu, Şabran şəhər sakini, 37 yaşlı Nazim Nizam oğlu Soltanov olması məlum olub.

Şabran Rolis Şöbəsi əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində onu avtomobillə vurub qaçan sürücünün kimliyi məlum olub. Bu, Bakının Qaradağ rayon sakini, 32 yaşlı Fərid Aslan oğlu Qasımovdur.

O, idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Bakı-Quba yolunda hərəkət edərkən piyada Nazim Soltanovu vurub hadisə yerindən qaçıb. Artıq piyadanı vurub qaçmış sürücü Fərid Aslanov istintaqa cəlb edilib.


Tags:  Şabranda piyadanı vurub qaçan sürücü saxlanılıb

RƏYLƏR


Top news