"Anamı itirəndə, Allahın rəhmət qapısı üzümə bağlandı..."

"Anamı itirəndə, Allahın rəhmət qapısı üzümə bağlandı..."
19:42 6 Noyabr 2016
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Quran və hədislərdən göründüyü kimi, insanın üzərində olan haqlardan valideyn hüququ kimi ən ağır, ən çətin hüquq yoxdur. Bu əlaqədə ibrətamiz bir hekayə nəql edirlər. Əhli-Beyt (ə) davamçılarının ən böyük mərcələrindən biri olan Şeyx Ənsarinin anası rəhmətə gedəndə ağlamağı hamını təəcübləndirmişdi. İnsanlara belə gəlirdi ki, o, ağlamamalıdır. Çünki o, Quran və hədis əhli idi və valideyn haqqını yerinə yetirmişdir. Məcbur oldular ki, onun evinə gedib, bu məsələni soruşsunlar. O, buyurdu: "Mən anamın vəfat etməsi üçün ağlamıram, Allahın məni ən böyük savabları qazandıran bir nemətdən məhrum etdiyi üçün ağlayırdım. Özüm üçün ağlayırdım, çünki anamı itirərək, Allahın böyük rəhmət qapısı üzümə bağlanmışdı".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qurani-Məcid buyurur: "Heç vaxt Allahdan qeyrisinə ibadət etməyin, ata-analarınıza, yaxınlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin". ("Bəqərə" 83).
"Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara "uf" demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de". ("İsra" 23). 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR