“Oyuna köklənmək çətin idi” – Qurban Qurbanov

“Oyuna köklənmək çətin idi” – Qurban Qurbanov
19:47 6 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

"Futbolçularımı təbrik edirəm. Əsl xarakter nümayiş etdirdilər".
Milli.Az "Qarabağ"ın saytına istinadən bildirir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Zirə" ilə qarşılaşan ağdamlılar 2:0 hesablı qələbəyə sevinib.
 
Matçdan sonra açıqlama verən çalışdırıcı oyun haqqında fikirlərini bölüşüb: "PAOK-la oyundan sonra köklənmək çətin idi. Futbolçular çox əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm. "Zirə" komandası bəlkə də, bu gün məğlubiyyətə layiq deyildi. Bizim üçün vacib qələbə idi. Düşünürəm ki, çempionatın ən vacib xallarından birini qazandıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/486851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR