Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zagato-dan Aston Martin Vanquish - FOTO

Zagato-dan Aston Martin Vanquish - FOTO

Date: 6 November 2016 19:57

İtaliyanın tüninq-atelyesi "Zagato" və "Aston Martin" birgə yeni rodster hazırlayıblar - "Vanquish Zagato Volante". Avtomobilin rəsmi təqdimatı Pebbl-Biçdə zəriflik müsabiqəsində keçirilib. O, məhdud sayda olmaqla 99 ədəd məhz ABŞ bazarı üçün hazırlanıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, avtomobilin banı karbondan düzəldilib. O, tündləşdirilmiş mərkəzi dayaqlar və diodlu optika alıb. Salonun düzəldilməsində karbon elementlərdən, bürüncdən və dəridən istifadə edilib. Rodster 5,9-litrlik benzin V12 mühərriki ilə hərəkətə gətirilir. Aqreqat 592 a.g.-ə malikdir. O, avtomobili 100 km/saata 3,7 saniyəyə sürətləndirir. Avtomobilin layihələşdirilməsi "Aston Martin"-in Uorkşirdəki qərargahında həyata keçirilib.

Bu ilin may ayında "Zagato" və "Aston Martin" kupe təqdim etmişdilər - "Vanquish Zagato". Avtomobilin dizaynını "Aston Martin"-dən Marek Rayhman və "Zagato"-nun baş icraçı direktoru Andrea Zaqato hazırlayıblar. Avtomobilin banı tam karbondan hazırlanıb. Avtomobil tündləşdirilmiş mərkəzi dayaqlar, tərpənən spoyler, "One-77" üslubunda yan güzgülər və 4 borusu olan qaz buraxma sistemi alıb.
Milli.Az










Tags:  Zagato-dan Aston Martin Vanquish FOTO

RƏYLƏR


Top news