Sevmək və sevilmək ucalığı

Sevmək və sevilmək ucalığı
20:12 6 Noyabr 2016
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Natavan Həbibidən məhəbbət etirafı: “Sevmək də, sevilmək də çox gözəl hissdir” (15 May 2017 15:18)
Natavan Həbibi sevgidən oxudu: "Sevmək, sevilmək gözəldir" - VİDEO (15 May 2017 11:59)

Sevmək, daha doğrusu, sevə bilmək könül işidir. Sevə bilmək üçün könül əhli olmaq, sevilmək üçün də əxlaqın, mənəviyyatın müəyyən səviyyəsinə yüksəlmək şərtdir.
Həyatda hər şey sevgi ilə başlar, ana şəfqət və sevgi ilə baxır övladına; ata övladlarını, ailəsini, həyat yoldaşını sevərsə, o ev isti bir yuvaya çevrilər. Şagird müəllimini sevərsə, dərsini də sevər, dərsini sevərsə, o sahədə müvəffəqiyyət qazana bilər. Müəllim şagirdini sevərsə, onu həyata hazırlaya bilər, sevdiyi qədər də ona yol göstərər, örnək olar.
Təcrübə göstərir ki, həyatda uğur qazananlar əksəriyyət etibarilə sevməyi bilənlərdir. İşini sevən hər kəs tutduğu məqamdan, vəzifədən asılı olmayaraq mütləq uğur qazanır. Sevə bilmək əslində nurlu bir dünyanın açarı kimidir: sən o açarla zülmət qaranlıqların qapısını açıb aydınlığa qovuşa bilirsən.
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, sevmək də cürbəcür olur: kimisi şərtlərlə sevir, bütün sevgilərinin başına "əgər" qoyar, yəni "mən səni sevərəm, əgər sən də məni sevsən" və ya "oğlum, mən səni sevərəm, əgər sən uğurlu, bacarıqlı bir insan ola bilsən" kimi. Bu sevgi alış-veriş kimidir: mən sənə sevgimi verirəm, sən də bunun qarşılığını verməlisən.
Sevginin bir başqa növü də qeyd-şərtsiz, yəni "heç bir şeyə baxmadan" sevməkdir. Əsl sevgi də elə budur. Ana övladını təmənnasız, şərtsiz-filansız sevdiyi, onun yolunda hər cür fədakarlığa hazır olduğu kimi. Nə halda olursa-olsun, yaxşı da olsa, pis də olsa, bəzən səni əsəbiləşdirsə də, yəni hər şeyə rəğmən sevmək...
Heyvanlar da, bitkilər də sevgiyə qarşı laqeyd deyillər. Çiçəklərin sevgini anladığı və xoş münasibəti öz inkişafında əks etdirdiyi artıq isbat edilmiş həqiqətdir.
Yapon alimləri isbat ediblər ki, suya qəzəbli baxanda onun molekullarının şəkli dəyişir, sərtləşir, xoş söz deyəndə isə sanki çiçək açır, çox gözəl şəkil alır. Bəlkə də sevməyin ibtidasını, təməlini elə bundan öyrənməliyik.
Sevmək bəzən ibadətdir, bəzən şükürdür. Uca Yaradan sevgisi ilə bizlərə yardım edir, saysız nemətlər verir. Biz də bizi yaratdığı, hər cür nemətlərlə təmin etdiyi üçün Ona sevgimizlə qarşılıq verir və sevimli qullarından oluruq.
Dədə Yunus nə qədər də gözəl söyləyib: "yaradılanı sevərəm, Yaradandan ötəri". Bu bircə misrasında dədə Yunus bizə sevginin qaynağının uca Allah olduğunu göstərir. O, insanı sevərək yaradıb, sevərək yaşadır, yaratdıqlarının da bir-birini sevməsini istəyir. Sevməsəydi, yaratdıqlarının sevib-sevilməsini istəməsəydi, sevgini yaradardımı?
Hər şeydə olduğu kimi, sevgi də ölçü var. Sevmək ədalətdir, hər şeyi layiq olduğu yerə qoymaqdır, sahib olduğun hər nemətin haqqını verməkdir. Əgər insan bu dünyada görüb sevdiklərimizin o üzündəki ən böyük həqiqəti, yəni bütün sevdiklərimizi yaradan Allahı görmürüksə, ən böyük haqsızlıq və cəhalət içərisinə düşmüş olarıq. Əgər bir meyvə ağacını seviriksə, onun bizə meyvə verdiyi və gözəl göründüyü üçün sevərik. Doğrudur, o ağac sevilməyə layiqdir, amma o ağacı Yaradanı görməmək, sevməmək həm cahillikdir, həm də naşükürlük. Bu vəziyyət bir növ ona bənzəyir ki, sənə verilmiş oyuncağı sevəsən, amma oyuncaq verəni tanımayasan, sevməyəsən.
İnsan nə edirsə, özünə edir, hər kəsin kimi, nəyi və nə qədər sevməsi əslində özünə verdiyi dəyərdir. Dünyanı sevən nəsibini dünyadan, Allahı sevən Allahdan alır. Dünyanı sevən Allahı sevməz, Allahı sevən dünyanı sevməz. Bir insanın Allahı sevməsi əslində Allahın o insana ən böyük lütfüdür. Çünki insan sevdiyinin rəğbətini qazanmaq, Ona qovuşmaq üçün çırpınacaq. Allah sevgisi sevginin özüdür, onurğasıdır və bütün digər sevgilər qol-budaq kimidir, yarpaq kimidir. Onurğa olmasa, qol-budağın da bir dəyəri olmaz. Sevimli Peyğəmbərimiz (Allahın salamı Onun üzərinə olsun!) buyurur ki, hər kəs sevdikləri ilə birlikdə olacaq. Bu elə bir müjdə, elə bir səadət iksiridir ki, əlavə şərhə heç bir ehtiyac qalmır.
Sevmək insanlıq məziyyəti olduğu kimi, sevgiyə layiq olmaq da mənəvi yüksəklikdir. Bu ləyaqətə yüksələ bilmək isə ancaq sevginin qaynağını bilmək və Onun buyurduğu kimi yaşamaqla mümkündür.
Allah Qəffar ikən insana nə olur ki?..
Birisi Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) yanına gəlir və öz günahını etiraf edir. Allah Rəsulu ona belə buyurur:
- Dön get, tövbə elə, Allah-Təalanın əfv etməyəcəyi bir günah yoxdur.
Nə qədər möhtəşəm bir mənzərə, nə qədər böyük bir müjdə. Allah Rəsulu öz xətasını etiraf edən, peşman olan o günahkara bu cür müjdə verirsə, insanlara nə olur ki, başqalarının ən məhrəm hallarını araşdırır, qurd kimi yara axtarırlar. Kim düşünə bilər ki, sabah o da o günahkarın vəziyyətinə düşməyəcək?
Bəzi alimlər deyirlər ki, biz günahkar qulların ən çox zikr etməli, çağırmalı olduğumuz Allah adları içərisində Qəffar və Səttar olmalıdır ki, bizi bağışlasın, qüsurlarımızı, eyiblərimizi örtsün, məşhərdə rüsvay etməsin. Yunus Əmrə bu yerdə necə də gözəl deyib:
Sənin ismin Qəffar ikən
Ya mən kimə yalvarayım?
Nə qədər də gözəldir, elə deyilmi? Qəffar olan Allahdan başqa kimə yalvarılar, kimdən mədət dilənilər ki? Səttar olan Allahdan başqa kimə üz tutub: "Allahım, mənim günahlarımı ört, məni rəzil, rüsvay eləmə" deyilər ki?
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ramazan bayramı günlərində hava isti, küləkli olacaq

25 İyun 2017 11:37

Tanınmış müğənni boşanma səbəbini açıqladı - "Hələ də bilmirəm ki..."

25 İyun 2017 11:34

Donald Tramp müsəlmanları -

25 İyun 2017 11:28

Bayram günlərində ölkə ərazisində 37 dərəcəyədək isti gözlənilir

25 İyun 2017 11:27

ABŞ-ın Suriyada İran ziddiyyəti: Dostdurmu, düşməndirmi?..

25 İyun 2017 11:23

"Həyatımın konsertinə hazırlaşıram"

25 İyun 2017 11:22

Bundestaqa rus “hücum”u: Moskva Merkeli devirməyə cəhd edir

25 İyun 2017 11:17

Azəri qızı Günel burnunu kəsdirib tanınmaz hala düşdü - FOTO

25 İyun 2017 11:13

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək

25 İyun 2017 11:12

Polisə 300 min təklif edən azərbaycanlı biznesmen cəzalandırılacaq

25 İyun 2017 11:04

Britaniyalı qonaq: Bakıda Formula 1-ə baxmaqdan zövq alırıq

25 İyun 2017 11:01

Kabuslarını fotolara köçürüb məşhur oldu - FOTOLAR

25 İyun 2017 10:58

"4 ərəb ölkəsi Türkiyə qarşı hörmətsizlik etdi" - Ərdoğan

25 İyun 2017 10:57

Cəbhədə son vəziyyət -

25 İyun 2017 10:54

Rusiyada yol qəzasında 4 Fransa vətəndaşı ölüb

25 İyun 2017 10:49

16 yaşı var, 146 cinayət törədib

25 İyun 2017 10:38

Lent.az-ın 9 yaşı tamam oldu

25 İyun 2017 10:34

Bakıda biznes mərkəzində faciə: ölən var

25 İyun 2017 10:29

Burak Özçivit Fahriye Evcenin xına gecəsində görün nə etdi - FOTOLAR - VİDEO

25 İyun 2017 10:28

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törətdi: 2 yaralı - VİDEO

25 İyun 2017 10:27

İranda terror aktlarının qarşısı alındı -

25 İyun 2017 10:25

İndən belə fermalar üzəcək - FOTOLAR

25 İyun 2017 10:13

Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurularaq istifadəyə veriləcək

25 İyun 2017 10:08

Cəbhədə GƏRGİNLİK

25 İyun 2017 10:08

Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər

25 İyun 2017 10:04

Cəbhədən son xəbər: ermənilər kəndlərimizi atəşə tutub

25 İyun 2017 09:59

Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı

25 İyun 2017 09:57

Ermənilər minaatanlarla atəşkəsi 148 dəfə pozdu

25 İyun 2017 09:55

Bakıda arvad ərini döydü

25 İyun 2017 09:48

Ermənistan silahlı bölmələri minaatanlardan ordumuzun mövqelərini atəşə tutub

25 İyun 2017 09:47

Uşaqların ilanla ölümcül oyunu-

25 İyun 2017 09:46

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 09:42

Rumıniya yığmasının futbolçusu Bakı klubunda - FOTO

25 İyun 2017 09:39

Sumqayıtda meyvə-tərəvəz köşkü yanıb

25 İyun 2017 09:36

Dünyanın ən gözəl istirahət guşələri - VALEHEDİCİ FOTOLAR

25 İyun 2017 09:33

Yaponiyada güclü zəlzələ olub

25 İyun 2017 09:32

Abşeronda mərmər sexi yanıb

25 İyun 2017 09:29

Ərdoğan bayram namazında huşunu itirdi - TƏCİLİ YARDIM ÇAĞIRILDI

25 İyun 2017 09:24

Tramp müsəlmanları təbrik etdi

25 İyun 2017 09:17

Pakistanda tankerdə yanğın: 123 nəfər ölüb, 40 nəfər xəsarət alıb

25 İyun 2017 09:08

Bu günə olan valyuta məzənnələri -

25 İyun 2017 09:08

Abşeronda sex, Sumqayıtda köşk yandı

25 İyun 2017 09:04

SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi

25 İyun 2017 08:58

Xalq artistinin oğlundan insanı sarsıdan SÖZLƏR - "GÖZLƏRİNDƏN YAŞ GƏLDİ"

25 İyun 2017 08:54

Bakıda yaşlı kişi küçədə bıçaqlandı

25 İyun 2017 08:43

Çaylarda sululuq səviyyəsi açıqlandı

25 İyun 2017 08:36

BƏDBƏXT HADİSƏ: 6 yaşlı qardaş 4 yaşlı bacısını qətlə yetirdi

25 İyun 2017 08:23

Bu günün hava proqnozu -

25 İyun 2017 08:20

Tarixdə acı xatirələrlə qalan FOTOLAR

25 İyun 2017 08:03

Paytaxtda 42 yaşlı kişi həyat yoldaşı tərəfindən döyülüb

25 İyun 2017 08:02