“Stresi depressiya ilə qarışdırmaq olmaz”

“Stresi depressiya ilə qarışdırmaq olmaz”
20:22 6 Noyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Stress sağlam həyatın düşmənidir. Lakin stress gündəlik həyatımızın bir gerçəyidir. İnsan orqanizmi hər hansı bir qıcığa, hadisəyə reaksiya verir. Əgər bu xoşagəlinməz hadisədirsə, daha böyük stresə səbəb olur. Bəs stresdən qurtulmaq və ya onu idarə etmək mümkündürmü?
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, psixoloq Fərqanə Mehmanqızı mövzu ilə bağlı bunları dedi: "Ümümiyyətlə, ədəbiyyatda insanın qıcığa qarşı reaksiyasına stress deyilir. Mümkünsüzdür ki, həyatda sterss olmasın. Sevinc, kədər - bunlar hamısı stress sayılır. Təbii ki, stresin normaları var. Normalara uyğun olmayan stress xəstəliklərə gətirib çıxarır. Bunlar həm fiziki, həm psixoloji xəstəliklər ola bilər. Psixoloji xəstəliklərə, depressiya, depressiyanın növləri, yuxusuzluq və s. aiddir. Ən ağırı onkoloji xəstəliklərdir".
"Təklik nisbi anlayışdır, kimin üçün isə təklik "nə qədərdir", "neçədir" deməkdir. Hər bir insan araşdırılmalıdır ki, o təkdir, yoxsa yalnızdı? İnsan təbiətən elədir ki, eqosu təlqin olmalıdır. Hər bir insanın ehtiyacı var ki, onun eqosu qidalansın. İnsanın eqosunu cəmiyyət qidalandırır. Yəni mən təriflənməliyəm. Mən necə təriflənməliyəm?! Deməli, mən yaxşı iş görməliyəm ki, təriflənim eqom rahatlaşsın, mən də özümü şəxsiyyət kimi hiss edim. Bəzən görürsən ki, kiçik yaşlı uşaqlara elədiyi səhfə görə deyirlər ki, "qanmır". Əgər həmin uşaq başa salınıb təriflənərsə, o gələcəkdə işləri başa salındığı kimi qaydaya sala bilər və içindəki eqosu da qidalanar. Konkretləşdirib desək, bir şəxsiyyətin formalaşması üçün cəmiyyət böyük rol oynayır".
Stressdə yaş həddi varmı?
"Stress insanın yarandığı dövrdən, ölənə qədər həmişə var. Belə desək, daha doğru olardı - stressin yaş həddi yoxdur! Məsələn, biz durub işə gedərkən, yolda müxtəlif stress yaşaya bilərik. Ancaq bu stress bədəndə nə qədər davam edir, bu əsasdı. Yəni hər hansı bir qıcığa qarşı, tutaq ki, xoşagəlməz bir hal baş verdikdə yaranan stress bədəndə nə qədər davam edir və ya nə qədər vaxtdan sonra ötüb keçir, bu önəmli məsələdir".
Stressdən qurtulmanın yolları?
Psxioloqun dediyinə görə, stressdən, kədərdən qurtulmaya motivasiya olunma qabiliyyəti deyilir: "Bu da hər bir fərddə ayrı-ayrıdır. İnsan baş verə biləcək hər bir hadisəyə müxtəlif cür baxır. Əgər kədərli hal baş veribsə, ondan necə qurtulacağı haqqında öz-özünü motivasiya etməyi bacarmalıdır.
Problem dörd hissəyə ayrılır: birincisi, problem baş verdi. İkincisi, problem baş verməsəydi, nə olardı? Üçüncüsü, baş verdi nə oldu? Dördüncüsü, problemi yaşayandan sonra...
Biz başqasının probleminə baxıb öz problemimizi həll etsək, bu daha müvəffəqiyyətli olar. Adamlar var ki, deyir "başqasının problemini elə rahat həll edirəm, öz problemim qarşısında aciz qalıram". Niyə? Çünki emosionnallıq yoxdur. Hər hansı hadisəyə kənardan baxanda hadisədəki obrazlar və emossianallıq olmadığına görə daha rahat həll etmək olur".
"Tənhalıq stressə təsir göstərən faktorlardan biridir"
"Stressə səbəb olan amillər hansılardır?" sualımıza isə psixoloq Elnur Rüstəmov belə cavab verdi: "Stress təbii, bioloji faktordur. İnsan sitiuasiyaya, baş verən hadisəyə uyğun olaraq müqavimət göstəririr. Stress müqavimət formalarından biridir. Bu gün stress əvvəlki illərə nisbətən daha çoxdur. Bunun da obyektiv, subyektiv səbəbləri vardır. İnformasiya dövründə, qloballaşma dövründə yaşayırıq. Qaçaraq harasa tələsirik. Tez-tez belə fikirlər eşidirik: gün necə keçdi, ay neçə keçdi bilmədim. Çünki informasiya bolluğunu, sosial şəbəkədən istifadəyə və s. başımız qarışır, vaxtın necə getdiyini bilmirik. Tənhalıq stressə təsir göstərən faktorlardan biridir. Ancaq stressi depressiya ilə qarışdırmaq olmaz. Depressiyada insan özünə qapana bilər, ətrafındakılarla ünsiyyət saxlamaq istəməz, stress halında isə insan fəaliyyətdə ola bilir. Təsadüfi deyil ki, işləyən adamın stressi daha çox olur, nəinki işləməyən adamın".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR