Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanın ən varlı gənclərinin lüks həyatı - FOTO

Azərbaycanın ən varlı gənclərinin lüks həyatı - FOTO

Date: 6 November 2016 20:22

Türkiyənin internethaber.com saytı Azərbaycan zənginlərinin övladlarının İnstagram sosial şəbəkəsində paylaşdıqları və onların ultra-lüks həyat tərzini nümayiş etdirən fotoşəkillərdən bir qismini toplayaraq yayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,fotolarda əsasən zəngin qızlarını görmək olur, onların arasında VİP-vertolyotda uçanı da var, yataq otağında qalaq-qalaq dolların arasında uzanıb selfie çəkdirəni də. Fotolardan birində isə cakuziyə hansı ölkənin valyutası olduğu dəqiq seçilməyən 20-lik kupyurlardan ibarət bağlamaları doldurub içində "üzən" gənc yer alır.

Habelə sayt "Bentley" avtomobilinin sükanı arxasında olan gənc qızı, hansısa otelin hovuzunun sahilində şezlonqda uzanmış çimərlik geyimli xanımı və digərlərini də "İntagram-ın zəngin Azərbaycan cocukları" qismində təqdim edib.

Milli.Az

















Tags:  Azərbaycanın varlı gənclərinin lüks həyatı FOTO

RƏYLƏR


Top news