İmmunitet üçün super qarışıq - RESEPT

İmmunitet üçün super qarışıq - RESEPT
20:27 6 Noyabr 2016
417 Ölkə
Ölkə mətbuatı
A- A+

Soyuq fəsillərdə müxtəlif vitaminli qarışıqların istifadəsi çox yaxşı profilaktik effekt verir. Adətən bu qarışıqalara meyvə quruları, limon, portağal, bal, qoz-fındıq daxil edilir.
Bu məhsullar orqanizmi bütün ən vacib vitamin və minerallarla təmin edir, immuniteti möhkəmləndirir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki,  sizə növbəti çox faydalı  qarışığın reseptini təqdim edirik.
Digər qarışıqlardan fərqli olaraq onun tərkibinə güclü mikrob və iltihabəleyhinə təsirə malik olar əzvay (aloe) bitkisinin şirəsi daxildir.
Qarışığın hazırlanması:
1. Aloenin qalın yarpaqları yığılır, şirəsi sıxılır (yarım stəkan alınmalıdır).
2. 300 qr qoz, 2 limon (qabıqlı) blenderin köməyi ilə xırdalanır.
3. Qozlu-limonlu qarışığa yarım stəkan təbii bal və aloenin şirəsi əlavə olunur, yaxşı qarışdırılır.
4. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə (səhər və axşam) 1 desert qaşığı olmaqla qəbul edin.
Qarışıq çox gözəl profilaktik və müalicəvi təsir edir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR