Bir şəxs Allahı axtarırdı...

Bir şəxs Allahı axtarırdı...
20:42 6 Noyabr 2016
327 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir şəxs Allahı axtarırdı. Eşitmişdi ki, Allah göydədir. Hamı göyə üz tutub Allahı çağırırdı. Allahı tapmaq üçün ayağa qalxdı. Hər gecə səmanın pilllələri ilə yuxarı qalxdı. Buludları sağa-sola verib arxasını gəzirdi. Ərş adlı taxtı axtarmağa başladı. Nə qədər gəzdisə, Allahın taxtını tapa bilmədi. Ayda, ulduzlarda heç bir ayaq izi görünmürdü...

Milli.Az deyerler.org-a istinadən bildirir ki, səmada axtarışlardan yorulduğu vaxt Yer kürəsi diqqətini cəlb etdi. Yer çox geniş idi. Qərara gəldi ki, Allahı yerdə axtarsın. Yer üzünü gəzdikdən sonra onu qazmağa başladı. Nə qədər qazdısa, qarşısına bir şey çıxmadı. Dağları yardı, dənizlərin dərinliyinə endi. Yenə axtardığını tapa bilmədi. Ümidsizləşdi. Elə həmin vaxt xəfif bir meh əsdi. Meh dedi: - Bir yer yadından çıxıb. O, sən özünsən!
Beləcə öz vücudunu axtarmağa başladı. Və birdən... Onu, uzun müddət sorağınca gəzdiyi Allahı öz qəlbində tapdı. Ayağını qəlbinə qoyub gözlərindən bayıra boylandı. Allahı ərşdə öz taxtında gördü. Allahı dağlarda, dənizlərdə gördü. Haraya baxırdısa, Allah orada idi!

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR