Davud peyğəmbər (ə) və ruzi qazanması

Davud peyğəmbər (ə) və ruzi qazanması
20:52 6 Noyabr 2016
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Davuda (ə) xitab olunur: "Səni çox sevirəm. Ancaq sənin dünyanda elə bir yer vardır ki, oranı sevmirəm". Davud (ə) soruşur: "Mənim Mövlam, ora haradır?" Xitab gəldi: "Həyatın Beytul-maldan təmin edilir. Mənim peyğəmbərimə bunu yaraşdırmıram. Dövlət, hökumət və ordu gərək bu pulla olsun. Ancaq sənin başqa bir sinifın də var". Ağlayır və buyurur: "Mənim Məhbubum! Mən sabahısı gündən Beytul-maldan istifadə etməyəcəyəm. Ancaq bu xalqa xidmət edəcəyəm". Qurani-Məcid buyurur: "O vaxtdan dəmirə dedim: O zaman ki, Davudun əlində olursan, yumşal". Dəmir onun əlində xəmir kimi yumşaq olur və hansı formaya istəyirsə, o formaya salır.

Süleymanın (ə) zənbil toxuması
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Süleyman (ə) peyğəmbər bu işi atasından öyrənmişdi. Allah ona elə bir səltənət verir ki, heç kimə verməmişdi. Onun üçün cinlər, quşlar, insanlar və külək iş görürdülər.
Bəs özü həyatını necə təmin edirdi? O, arvad-uşağının xərcini ödəmək üçün zənbil toxuyurdu. Onu satır və onun pulu ilə ailəsini idarə edirdi. Namaz üçün Beytul-Müqəddəs məscidinə gedir. Orada paltarı çırıq olan insanlarla oturub-dururdu. Bir gün ondan soruşurlar ki, ağacan, sənin adın nədir? Göz yaşı töküb, buyurur: "Miskin məə məsakin". Yəni, mən də bir kəs deyiləm. Mən düşmüşlərin tayfasından olan düşmüşəm.
Bizim qəlbimiz bu dünyada hər nə qədər giriftar olarsa, ölüm və bu dünyadan əl çəkməyimiz bir o qədər çətin olar. Rahat yaşayaq ki, Allaha da rahat çata bilək. Qurani-Kərimdə oxuyuruq: "Sizi tək bir nəfsdən (Adəmdən) yaradan". ("Nisa" 1) Yəni, ey insanlar! Sizin hamınızı bir həqiqətdən yaratmışam. Sizin hamınızda xilqət baxımından heç bir fərq yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/486312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR